İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Azərbaycan - Pakistan münasibətləri

Qısa tarixi məlumat:

Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur (12 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. Pakistan İslam Respublikasının Bakıda səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasınınİslamabadda səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir. Hazırda, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında səfiri DaşqınŞikarovdur.

Yüksək səviyyəli qarşılıqlı səfərlər va görüşlər:

Dövlət başçıları:

1995-ci il 9-11 oktyabr - Pakistan İslam Respublikasının Prezidenti Sərdar Faruq Əhməd Xan Leqari Azərbaycana rəsmi səfər etmişdir.

1996-ci il 9-11 aprel - Prezident Heydər Əliyev Pakistana rəsmi səfər etmişdir.

2004-cü il 8-10 iyul - Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf Azərbaycana rəsmi səfər etmişdir.

2005-ci il 12-13 aprel - Prezident İlham Əliyev Pakistana rəsmi səfər etmişdir.

2012-ci il 13-16 oktyabr - Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısı).

2015-ci il 11-14 mart - Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycana rəsmi səfər etmişdir.

Hökumət başçıları:

2006-ci il 5-7 may - Pakistan İslam Respublikasının Baş Naziri Şövkət Əziz Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə Toplantısı).

 

Xarici İşlər Nazirləri:

1994-cü il 24 yanvar - Pakistaının Xarici işlər naziri Sərdar Asif Əhməd Azərbaycana rəsmi səfər etmişdir.

1995-ci il 14-15 mart - xarici işlər naziri Həsən Həsənov Pakistana rəsmi səfər etmişdir (İslam Konfransı Təşkilatının 3-cü Zirvə Toplantısı).

1999-cu il 8-21may - Pakistanın xarici işlər üzrə dövlət naziri Məhəmməd Siddiq Xan Kanju Azərbaycan işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 9-cu iclası).

2006-ci il 3 may - Pakistan İslam Respublikasının xarici işlər naziri X.M.Kasuri Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı).

2006-ci il 19-21 iyun - Pakistan İslamRespublikasının xarici işlər naziri X.M.Kasuri Azərbaycana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatı Xarici işlər Nazirlərinin 33-cü Sessiyası).

2007-ci il 15-17 may – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Pakistana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri şurasının 34-cü konfransı).

2010-cu il 15 iyun - Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Pakistana işgüzar səfər etmişdir.

2012-ci il 13-16 oktyabr - Pakistan İslam Respublikasının xarici işlər naziri Hina Rabbani Xar Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısı).

Parlamentlararasi əlaqələr:

2008-ci il 18-20 iyun - Pakistan Senatının Sədri M.Sumro Azərbaycana səfər etmişdir (Azərbaycan Parlamentinin 90 illiyi munasibətilə keçirilmiş tədbir).

2013-cü il 11-12 fevral - Milli Məclisin Sədri Oqtay Əsədov Pakistana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Assambleyasının 1-ci iclası).

 

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işci qrupunun rəhbəri Ərəstun Cavadovdur.

Pakistan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Milli Assambleyanın Sədri Sərdar Ayaz Sadiq, əlaqələndiricisi şəxsi isə Şazia Fatimə Xvajadır.

Humanitar sahədə əməkdaşlıq:

Mədəni va humanitar tədbirlər:

2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Pakistanda zəlzələdən zərər çəkmiş qızlar üçün orta məktəb tikilmiş va 2012-ci ildə məktəb əsaslı təmir edilmişdir.

2010-cu ildə Pakistanda baş vermiş, sel fəlakətinin nəticələrinin aradan qaldırılması məqsədiləAzərbaycan Pakistana 1 milyon, 2011-ci ildə 2 milyon ABŞ dolları həcmində maddi yardımlar etmişdir.

02 fevral 2012-ci ildə Pakistan İslam Respublikasının Senatı tərəfindən Xocalı soyqırımınınını tanıyan qətnamə qəbul olunmuşdur.

2013-ci olin oktyabr ayında Pakistan İslam Respublikasının Senatı tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyan və erməni işğalını pisləyən qətnamə qəbul olunmuşdur.

2012-2015-ci illərdə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə va kiçik laboratoriya ilə təchiz olunmuş, 1 ədəd təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi təqdim olunmuş, Xayber Göz Fondunun yeni blokunun va gozləmə otaqlarının tikintisi üçün maddi yardımlar edilmiş, Dera İsmayıl Xan bolgəsində Heydər Əliyev Su Təchizatı sistemi yaradılmış, Peşəvar Serebral İflic və Peşəvar Ana va Uşaq xəstəxanasında pulsuz müayinə təşkil edilmiş, Külsum İnternational klinikasında ürək ustündə açıq əməliyyatlar aparılmış, Xayber Paxtunxva əyalətində on minlərlə insan hepatit B virusuna qarşı peyvəndləşdirilmiş, həmçinin Rara Qızlar məktəbi və Pakistanın 12 Universitetlərində təhsil alan tələbələrə umumilikdə 41 stipendiya verilməsi həyata keçirilmişdir. Yuxarıda qeyd olunanlardan əlavə, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə 2012-2015-ci illər ərzində Qurban bayramı ilə əlaqədar Pakistanın bütün əyalətlərində 1000 başdan çox iribuynuzlu qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə paylanılmış, həmçinin,  2012-2015-ci illər ərzində Ramazan bayramı münasibətilə Pakistanın bütün əyalətlərində iftar süfrələri təşkil edilmiş, müxtəlif şəhərlərdə kimsəsizlər evlərində humanitar tədbirlər keçirilmiş, kimsəsiz uşaqlara və yaşlılara müxtəlif hədiyyələr təqdim edilmişdir.

08 aprel 2015-ci ildə Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) tərəfindən Pakistanda 2014-cü ilin oktyabr ayında baş vermiş sel daşqınlarından zərər çəkmiş insanlara yardımlar edilmişdir. Yardımlar Azərbaycanın Pakistandakı Səfirliyi və Pakistan Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən “Pakistan Sweet Home” (Beyt-ul-Mal) təşkilatının iştirakı ilə Multan, Muzaffargah, Leyyah, Çinniot, Naroval, Sarqodha, Mandi Baha-ud-Din, Sialkot, Hafizabad, Müzəffərabad şəhərlərində edilmişdir. 8-9 nəfərlik ailə üçün nəzərdə tutulan rasion paketlərinə həyatı vacib qida məhsulları daxil edilmiş, dəyəri 150000 ABŞ dolları olan 3000 rasion paketləri paylanılmışdır.

15 yanvar 2015-ci ildə Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində “20 Yanvar Şəhidlər Bulağı”-nın açılışı keçirilmişdir. Layihə çərçivəsində içməli su qıtlığından əziyyət çəkən bu regionda alternativ enerji ilə çalışan iki artezian quyusu qazılmışdır.

09 iyul 2015-ci ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistan Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən “Pakistan Sweet Home” (Beyt-ul-Mal) təşkilatının Talasemiya Mərkəzində, həmçinin Abbotabad və Lahor şəhərlərində kimsəsiz uşaqlar evlərində iftar süfrələri təşkil edilmiş, səfir Daşqın Sikarov Heydər Əliyev Fondu adından Talasemiya Mərkəzinə 500 ədəd qan paketi təqdim etmiş, D.Sikarovun təşəbbüsü ilə qanvermə aksiyası keçirilmişdir.

20 oktyabr 2015-ci ildə Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Al-Farabi əlillər evində Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə tədbir keçirilmiş, 120 ədəd əlil arabası və əlillərin reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıq və ləvazımatlar AİDA adından Əl-Farabi mərkəzinə təqdim edilmişdir.

 

Müqavilə-hüquq bazası:

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikasi arasında 30 sənəd imzalanmışdır.