Səfirin müraciyəti

Daşqın Şikarovun müraciəti

Azərbaycan Respublikasının

Pakistan İslam Respublikasındakı

Fövqəladə və Səlahiyyətli Səfiri

 

Bizim veb səhifənin oxucularını salamlamaq mənə böyük məmnuniyyət hissi verir.

Xəzər dənizinin sahilində, Avropa və Asiyanın yolayrıcında yerləşən Azərbaycan zəngin tarixi və mədəni irsə sahibdir. Azərbaycan 28 may 1918-ci il tarixində Müsəlman dünyasında və Şərqdə Azərbaycan Demokratik Respublikası (ADR) adlı ilk demokratiyanı yaradan dövlət olmuşdur. Qərbdə bir çox ölkələrdən əvvəl Azərbaycanda qadınlara səs vermək hüququnun verilməsi də daxil olmaqla, tərəfindən bir çox mütərəqqi islahatlar qəbul edilmiş, çox-partiyalı parlament formalaşdırılmışdır. ADR 28 aprel 1920-ci il tarixində Sovet Rusiyasının hərbi hücumu nəticəsində devrilmişdir.

Ölkənin azadlığı yalnız 18 oktyabr 1991-ci ildə bərpa edilmiş və o gündən bəri Azərbaycan demək olar ki dağılmış iqtisadiyyatı olan, siyasi cəhətdən qeyri-stabil dövlətdən, regionun və dünyanın ən sürətlə inkişaf etməkdə olan dövlətlərindən birinə çevrilmişdir.

Bu günün Azərbaycanı demokratik və dünyəvi ölkə olması ilə yanaşı, həmçinin beynəlxalq ictimaiyyətin tam üzvüdür. Əhalinin əsas üstünlüyünü azərbaycanlıların və müsalmanların təşkil etməsi ilə yanaşı, çoxmillətli və çoxdinli olan Azərbaycan hər kəsin sülh və harmoniyada yaşadığı tolerantlıq və qarşılıqlı hörmət siyasəti yürütməkdədir.

Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevin ölkənin karbohidrogen rezervlərinin kəşfinə praqmatik və balanslı yanaşması, Azərbaycanı çox qısa müddət ərzində regionun ən çox inkişaf etmiş ölkələri səviyyəsinə çatdırdı. Bizim ölkəmiz, coğrafi mövqeyinin üstünlüklərindən istifadə edərək, yalnız neft və qaz məhsullarının müxtəlif boru xətləri şəbəkəsi vasitəsi ilə Türkiyə və Avropaya daşınmasında əsas aparıcı rol oynamış, həmçinin Şərq və Qərbi birləşdirən nəqliyyat dəhlizi olmuşdur. Neft Fondunda toplanılmış valyuta ehtiyatlatı qeyri-neft sektorunun inkişafına və əhalinin sosial rifahına yönləndirilmişdir. 

Biz, Pakistanın dünyada bizim müstəqilliyimiz tanıyan ilk ölkələrdən olmasını söyləməkdə fəxr edirik və həmin gündən etibarən bütün sahələr üzrə dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələri günü gündən inkişaf etməkdədir. Mədəni, dini, ənənəvi birlik hissi, biri-birinin mövqeyini əsas məsələlərdə dəstəkləmək, ağır günlərdə biri-birinin yanında durmağa hazır olmaq – bunlar bizim ölkələr arasındakı əlaqələrin sütunlarıdır.

Yaşasın Azərbaycan – Pakistan dostluğu!