Tərcümeyi- hal

Əli Fikrət oğlu Əlizadə 

Azərbaycan  Respublikasının  Pakistan  İslam

Respublikasındakı  fövqəladə  və  səlahiyyətli  səfiri

 

Doğum tarixi:              21 iyun 1978-ci il

Təhsili:                              

1994-1998   Azərbaycan Dövlət Dillər İnstitutu, bakalavr dərəcəsi, tərcüməçi-referent

2005-2008   Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, magistr dərəcəsi, dövlət və bələdiyyə idarəetməsi.

İş təcrübəsi:

2002-2003  Protokol məsələləri üzrə referent, eyni zamanda aparıcı  məsləhətçi-mühasib əvəzi - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı Konsulluq Şöbəsi

2003-2005 Protokol məsələləri üzrə aparıcı məsləhətçi, aparıcı məsləhətçi-mühasib, viza-pasport məsələləri üzrə baş məsləhətçi vəzifəsini icra edən, konsul-hüquq məsələləri üzrə baş məsləhətçi vəzifəsini icra edən - Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsi İdarə rəisi əvəzi - Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsi İdarə rəisi - Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsi

2005-2010   İdarə rəisi-Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi

2010-2016   İran İslam Respublikasının Təbriz  şəhərində Azərbaycan Respublikasının baş konsulu       

2016-dan    Azərbaycan Respublikasının Pakistan İslam  Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri     

 

Təltiflər:                      

2009   "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan  Respublikasının yubiley medalı 

2014    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəxri əməkdaşı adı         

Bildiyi xarici dillər:      İngilis, rus, türk

Ailə vəziyyəti:               Ailəlidir, üç övladı var

 


bakushop