2015-06-12
Pakistan mətbuatı Milli Qurtuluş Günündən yazıb

Pakistanın diplomatik çevrələrində böyük nüfuza malik ingilis dilli “Cenreline” jurnalı və “Diplomatic News Agency” informasiya agentliyinin buraxılışında tanınmış jurnalist Vahid Hüseyn “Azərbaycan Qurtuluş Gününü qeyd edir” adlı məqaləsi dərc edilib.

Gün.Az-a ölkəmizin Pakistandakı səfirliyindən verilən məlumata görə, məqalə “15 iyun, 199-cü ci il tarixi Azərbaycanın Qurtuluş Günü və müstəqil Azərbaycanın tarixində dönüş nöqtəsi olub” sözləri ilə başlayır.

Yazıda qeyd edilib ki, Azərbaycanın müstəqilliyinin ilk illərindən başlayaraq böyük çətinliklər və vətəndaş qarşıdurması ilə üzləşib. Bildirilib ki, bu mürəkkəb günlərdə Azərbaycan xalqı öz ümidlərini yalnız Heydər Əliyevə bağlamışdır. Xalqın israrlı tələbi ilə ümummilli lider 1993-cü il 15 iyun tarixindən başlayaraq Azərbaycana rəhbərlik etmiş və bu gün azərbaycanlılar tərəfindən Milli Qurtuluş Günü kimi qeyd olunur.

Müəllif, Heydər Əliyevin demokratik, qanuni və dünyəvi dövlət quruculuğu kursunu seçdiyini vurğulayıb. Bildirilib ki, Prezident Heydər Əliyev ölkədə köklü iqtisadi və siyasi islahatlar aparıb, neft strategiyasını müəyyənləşdirib. Heydər Əliyevin Prezidentliyi dövründə, Azərbaycan həyatın bütün sahələrində böyük nailiyyətlər əldə edib, dünya ölkələri sırasında özünəməxsus yer tutmağa müvəffəq olub.

Yazıda, ümummilli liderin parlaq gələcəkli Azərbaycan yaratması ideyalarının onun layiqli davamçısı İlham Əliyev tərəfindən davam etdirildiyi vurğulanıb. Qeyd olunub ki, bu ideyalara sadiq olan Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq arenada imicini daha da möhkəmləndirib, Azərbaycanı dünyada ən yüksək templərlə inkişaf edən ölkələrdən biri edib.

Jurnalist, azərbaycanlıların Heydər Əliyevin xatirəsini daim əziz tutduğunu, ümummilli lider tərəfindən müəyyənləşdirilmiş siyasi kursla inamla addımladıqlarını bildirib. Yazıda, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti haqqında məlumat verilib, bu qurumun fəaliyyətinin ümummilli liderin Azərbaycanın inkişafı barəsində ideyalarını həyata keçirdiyi vurğulanıb.

Bildirilib ki, məhz Pakistana xidmətlərinə görə Heydər Əliyev Fondudnun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Pakistanın prezidenti Məmnun Hüseyn tərəfindən ölkənin ali “Hilal-e-Pakistan” ordeni ilə təltif olunub.

Məqalədə, Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin qurucusu olduğu bildirlib, 1996 –ci ildə onun Pakistana səfəri zamanı imzalanmış sənədlər, keçirilmiş görüşlər ikitərəfli əlaqələrin əsasını qoyub, münasibətlərin inkişafı üçün yeni imkanlar açıb.

“Azərbaycan, 15 iyun 1993-ci il tarixində başlamış yolu ilə inamla hərəkat edir. Bu gün, daim xalqın gücünə arxalanan, onlara dayaq olan şəxsin – Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Azərbaycanın mübarizlik və qurtuluş rəmzi simvolu kimi xalqın xatirəsində əbədi yaşayacaqdır ” , məqalədə vurğulanıb.

Məqalənin tam mətni ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür.

http://www.dnanews.com.pk/azerbaijan-celebrates-salvation-day/ http://www.centreline.com.pk/azerbaijan-celebrates-salvation-day/

Pərvanə Sultanova
http://gun.az/xeber-pakistan-metbuati-milli-qurtulus-gununden-yazib-t171505.html
Gün.Az

növbəti xəbər əvvəlki xəbər