2015-03-12
Azərbaycan-Pakistan sənədləri imzalanıb

Martın 11-də Prezident İlham Əliyevin və Prezident Məmnun Hüseynin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Pakistan sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni Prezident İlham Əliyev və Prezident Məmnun Hüseyn imzaladılar.

“Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş”i Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov və Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser imzaladılar.

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti ilə Pakistan İslam Respublikasının Xarici Xidmət Akademiyası arasında 2015-2017-ci illər üzrə Əməkdaşlıq Proqramını” xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və Pakistanın Xarici İşlər Nazirliyinin xüsusi katibi Amcad Hüseyn Sial imzaladılar.

növbəti xəbər əvvəlki xəbər