2016-11-19
Pakistan Universitetləri ilə birgə tədbirlərin təşkil edilməsi müzakirə olunmuşdur.

Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Pakistanın Quaid-i-Azam Universitetinin vitse-rektoru Caved Əşrəf və Pakistanın Preston Universitetinin rektoru Abdul Basit ilə görüşmüşdür.

Hər iki universitetdə keçirilmiş görüş zamanı Azərbaycanla Pakistan arasında mövcud olan səmimi dostluq münasibətlərindən, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən Pakistanda elm və təhsil sahəsində də həyata keçirilən sosial-humanitar layihələrin yaratdığı imkanlardan bəhs olunmuş, qarşılıqlı tədqiqatların aparılması, tələbə mübadiləsinin həyata keçirilməsi, elmi əlaqələrin, iki ölkənin universitetləri arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmi qeyd edilmişdir. Universitetlərdə hər iki ölkənin əlamətdar günlərinə dair, həmçinin, Azərbaycan həqiqətlərinə, eləcə də Azərbaycan və Pakistanın görkəmli şəxsiyyətlərinə, elm adamlarına dair birgə konfrans, seminar və digər  yığıncaqların keçirilməsi qərarlaşdırılmışdır.    

Məlumat üçün bildirilir ki, Pakistanın Quaid-i-Azam və Preston Universitetləri ölkənin ən nüfuzlu və ilk yaradılmış universitetlərindən sayılırlar. Quaid-i-Azam Universitetin rektoru Pakistan Prezidenti cənab Məmnun Hüseyndir.

növbəti xəbər əvvəlki xəbər