2016-12-05
Azərbaycanla Pakistan birgə müəssisələr yaradacaq

Bakıda keçirilən Azərbaycan-Pakistan işgüzar görüşü çərçivəsində hər iki ölkənin hökuməti 3 əsas sahə üzrə razılığa gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xan jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, birinci sahə Azərbaycan və Pakistan hökumətləri arasında imtiyazlı şərtlərlə ticarətin aparılması ilə əlaqədardır ki, bu istiqamətdə işlərin aparılması üçün birgə işçi qrupu yaradılacaq. İşçi qrupu imtiyazlı şərtlərlə ticarət olunan məhsulların siyahısını tərtib edəcək. İkinci sahə hər iki ölkənin biznes dairələri arasında birbaşa əlaqə və Pakistan-Azərbaycan birgə müəssisələrinin yaradılması ilə bağlıdır. “Hesab edirəm ki, əczaçılıq, toxuculuq, kənd təsərrüfatı və energetika sahələrində fəaliyyət göstərən birgə müəssisələrin yaradılması üçün gözəl imkanlar mövcuddur”, - deyə nazir diqqətə çatdırıb.

Nazir vurğulayıb ki, razılığa gəlinən digər vacib məsələ isə ölkələrimiz arasında viza rejiminin sadələşdirilməsidir ki, bu da bir çox sahəyə müsbət təsirini göstərəcək.

 

növbəti xəbər əvvəlki xəbər
bakushop