2017-09-05
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə Pakistanın dövlət televiziya kanalı olan PTV News –un “Personality of the Week” proqramına müsahibə verib.

Səfir tarix boyu olduğu kimi müasir zamanda da Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin ötən 25 il ərzində uğurla inkişaf etdiyini, münasibətlərin  strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib, həyata keçirilmiş səmərəli layihələr haqqında tamaşaçılara məlumat verib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti, təxribatları haqqında məlumat verən səfir,  işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı əhalinin öz doğma yurdlarından qaçqın və didərgin düşdüyünü diqqətə çatdırıb. Pakistanın Azərbaycanın haqlı mövqeyinin daim dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirən səfir, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir məsələsinin beynəlxalq huququn norma və prinsipləri, eləcə də BMT TŞ qətnamələrinin tələbləri əsasında həllinin zəruri olduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyəti haqqında məlumat verən səfir, Fondun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistana xüsusi diqqətinin olduğunu və  onun təşəbbüsu və dəstəyi ilə müxtəlif tipli humanitar və sosial yönümlü layihələrin burada həyata keçirildiyini, bu cür layihələrin hər iki xalqın daha da yaxınlaşmasına, dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələrə dair sualı cavablandıran səfir təşkilata ötən beş ildəki sədrliyi dövründə üzv dövlətlər arasında iqtisadi, ticari, elmi, mədəni, humanitar və bütün sahələrdə əlaqələrin möhkəmlənməsinə Azərbaycanın böyük səylər göstərdiyini, bu ildən sədrliyin Pakistana keçdiyini və Pakistanın sədrliyi dövründə də üzv dövlətlər arasında regional əməkdaşlığın möhkəmlənəcəyinə əminliyini ifadə edib. 

 İki ölkə arasındakı ticarət dövriyyəsi, iqtisadi-ticari əməkdaşlığın artırılması önəmini vurğulayan səfir, turizm əlaqələrində nəzərə çarpacaq artımın müşahidə olunduğunu, Azərbaycan Prezidentinin sərəncamı ilə Pakistan vətəndaşlarının da cari ilin yanvar ayından başlayaraq Asan Viza sisteminin imkanlarından yararlandığını və son səkkiz ay ərzində Azərbaycana səfər edən Pakistan vətəndaşlarının da sayının bir neçə dəfə artdığını vurğulamışdır.

Səfir həmçinin Azərbaycanın mədəniyyəti, Azərbaycanın cooğrafi yerləşmə mövqeyinin verdiyi üstünlüklər, Azərbaycanda Qurban Bayramı adət ənənələri, islam dəyərlərinə verilən önəm və bu kimi aparıcının digər suallarını cavablandırıb, Qurban bayramı münasibətilə Pakistan xalqına  təbriklərini və xoş arzularını efir vasitəsilə çatdırıb.

növbəti xəbər əvvəlki xəbər
bakushop