2017-11-10
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asiflə görüşüb.

Azərbaycan Respublikası xarici işlər nazirinin salamlarını və Azərbaycana dəvətini Xavaca Məhəmməd Asifə çatdıran səfir, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu, Azərbaycanın Pakistanla əlaqələrə xüsusi önəm verdiyini qeyd edib. Səfir Əli Əlizadə ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, yeni layihələrin icra olunduğunu, beynəlxalq ve regional məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiyini qeyd ədərək, iki ölkə arasında əməkdaşlıq imkanlarının genişləndiyini və yeni müstəviyə keçdiyini vurğulayıb. Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin 1-ci görüşünün üçtərəfli əməkdaşlığa yeni tövhə verəcəyini bildirən səfir, hər üç ölkənin strateji tərəfdaşlıq əlaqələrinə malik olduğunu vurğulayıb.

Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asif salamlarının Azərbaycan Respublikasının xarici işlər nazirinə çatdırmağı xahiş edib və Azərbaycana səfər etməyi planlaşdırdığını diqqətə çatdırıb. Azərbaycan-Pakistan əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini, Pakistanın və Azərbaycanın daim bir birinə göstərdiyi dəstəyin önəmini qeyd edən nazir Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinə Pakistanın öz məsələsi kimi baxdığını bildirib.

növbəti xəbər əvvəlki xəbər
bakushop