2017-10-10
Pakistan İslam Respublikasının Baş naziri Şahid Xakan Abbasi Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadəni qəbul etmişdir.

Azərbaycan Respublikası rəhbərliyinin salamlarını və Azərbaycan Respublikası  Baş nazirinin təbriklərini çatdıran səfir, Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, iki ölkə arasında qardaşlıq əlaqələrinin inkişafında və möhkəmlənməsində hər iki ölkənin rəhbərlərinin xüsusi rolunun olduğunu, Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycana göstərdiyi dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd etmişdir. Səfir həyata keçirilən yüksək səviyyəli səfərlər, imzalanmış sənədlər, viza rejiminin sadələşdirilməsi sahəsində görülmüş işlər, iqtisadi, ticari, müdafiə sənayesi, enerji və digər sahələrdə Pakistanla həyata keçirilən son layihələr haqqında məlumat vermişdir.

Pakistan İslam Respublikasının Baş naziri Şahid Xakan Abbasi salamlarının Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş etmiş, təbrikə görə təşəkkür etmiş, iki ölkə arasındakı münasibətlərin xüsusən son illərdə yüksək səviyyədə olmasından söz açmış, Azərbaycan Prezidentinin Pakistana cari ildə baş tutmuş səfərindən sonra əlaqələrin daha da canlandığını qeyd etmişdir. Baş nazir iki ölkə arasındakı ticarət dövriyyəsinin mövcud potensiala uyğun olmadığını və artırılması üzərində işlərin aparıldığını da vurğulamışdır. Baş nazir Pakistanın Dağlıq Qarabağ münaqişəsində prinsipial mövqeyinin dəyişməz olaraq qaldığını, Pakistanın Azərbaycanı hər zaman qətiyyətlə dəstəklədiyini vurğulamış və Kəşmir məsələsində verdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür etmişdir.

növbəti xəbər əvvəlki xəbər
bakushop