2017-11-24
Pakistanın Baş Qərargah rəisi hərbi təhsil müəssisələrində olub

Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.

 

MN-dən APA-ya verilən məlumata görə, Hərbi Akademiyanın rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

Sonra general Z.M.Hayat Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Hibrid müharibələr və XXI əsr müharibələrinin çağırışları” mövzusunda müxtəlif kateqoriyadan olan zabit heyəti qarşısında mühazirə ilə çıxış edib.

növbəti xəbər əvvəlki xəbər