2018-06-01
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının yeni təyin olunmuş Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Mujahid Ənvər Xan ilə görüşmüşdür.

Səfir Əli Əlizadə Mujahid Ənvər Xanı yeni təyinatı münasibətilə təbrik etmiş, iki ölkə arasında mövcüd olan səmimi münasibətlərin və səmərəli əlaqələrin hər iki ölkə rəhbərlərinin diqqət və qayğısı sayəsində gün bə gün inkişaf etdiyini, Azərbaycanın Pakistanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini, bü əlaqələrdə hərbi-texniki əməkdaşlığın xüsusi önəm kəsb etdiyini və Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycana göstərdiyi dəstəyin  daim yüksək qiymətləndirildiyini bildirmişdir.

Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Mujahid Ənvər Xan Pakistanla Azərbaycanın daim bir birini dəstəkləyən ölkələr olduğunu qeyd etmiş, ölkərəmiz arasında möhkəm bağların, qarşılıqlı inam və hörmətin olduğunu, hər iki ölkənin ortaq mənəvi dəyərlərə və öxşarlıqlara sahib olduğunu vurğulamışdır. Pakistan Hərbi Hava Qüvvələrinin Azərbaycan Hərbi Hava Qüvvələri ilə bütün sahələrdə səmərəli əməkdaşlığının, o cümlədən təcrübə mübadiləsi, sərgilərdə, təlimlərdə iştirakın davam etdiriləcəyini,  qarşılıqlı səfərlərin və hər iki tərəfin bir birinə göstərdiyi dəstəyin daha da artırılacağını diqqətə çatdırmışdır.

növbəti xəbər əvvəlki xəbər