2018-06-11
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Javed Bajva ilə görüşüb.

Görüşdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, işğalçı ölkənin vaxtaşırı həyata keçirdiyi təxribatlar, Dağlıq Qarabağ və Kəşmir məsələlərinin BMT-nin qəbul olunmuş qətnamələri əsasında həllinin zəruriliyi haqqında söhbət açılıb, Pakistanla Azərbaycanın bir birinə dəstəyinin davam edəcəyi vurğulanıb.

Görüşdə həmçinin, regionda sülh və sabitliyin təmin olunmasında Pakistan və Azərbaycanın göstərdiyi səylər, Azərbaycan və Pakistanın silahlı qüvvələri arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın daha da gücləndirilməsi perspektivləri, qarşılıqlı səfərlərin həyata keçirilməsi, təcrübə mübadiləsinin artırılması və yeni birgə layihələrin icra olunması haqqında fikir mübadiləsi aparılıb.

növbəti xəbər əvvəlki xəbər