2018-11-29
Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının səhiyyə xidmətləri, tənzimləmə və koordinasiya üzrə federal naziri Əmir Mehmud Kiyani ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikasının səhiyyə sahəsində apardığı islahatlardan, əldə olunan nailiyyətlərdən, ölkəmizin səhiyyə turizminə dair potensialından, Azərbaycanda tibb sahəsində təhsil alan pakistanlı tələbələrə yaradılan səmərəli mühitdən, Heydər Əliyev Fondunun Pakistanda səhiyyə sahəsində həyata keçirdiyi xeyriyyə layihələrindən söhbət açılıb və əməkdaşlıq imkanları müzakirə edilib, hər iki ölkənin bir birinə daim göstərdiyi dəstəkdən məmnunluq ifadə olunub.

Pakistan İslam Respublikasının səhiyyə xidmətləri, tənzimləmə və koordinasiya üzrə federal naziri Əmir Mehmud Kiyani Pakistanın Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığa hazır olduğunu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə əməkdaşlığa dair müqavilə müqavilə hüquq bazasının yaradılması, pakistanlı tibb işçilərinin Azərbaycanda təcrübə keçməsi, Pakistanın istehsal etdiyi dərman vasitələri, cərrahi alətlər və avadanlıqların tibbi klinikalara tanıtdırılması, müxtəlif konfrans, seminarlarda iştirak, səhiyyə turizmi və bir çox digər sahələr üzrə əməkdaşlığın nəzərdən keçirilə biləcəyini vurğulayıb. 

növbəti xəbər əvvəlki xəbər