2019-05-10
Pakistanda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilmişdir

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Azərbaycan Respublikasının Pakistandakı Səfirliyində anılmışdır. Əvvəlcə Səfirliyin kollektivi ümummilli lider Heydər Əliyevin Səfirlikdəki büstü önünə çiçəklər qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.

Səfirlikdə keçirilən tədbirdə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri qeyd olunmuş, Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşadığı vurğulamışdır.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı keçirilən ağacəkmə aksiyasında və iməcilikdə səfirliyimizin kollektivi Azərbaycanın Respublikasının Pakistan İslam Respublikasındakı  Səfirliyinin ərazisində və ətrafında ağac, çiçək və bəzək kolları əkmiş, çiçək və kolların ətrafını taxta dirəklərlə möhkəmləndirmiş, səfirliyin həyatyanı sahəsində olan bitkilərə qulluq göstərmiş və su vermişlər.

 

növbəti xəbər əvvəlki xəbər