2020-03-24
AZƏRBAYCAN RESPUBLIKASININ PAKİSTAN İSLAM RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN KONSULLUQ ŞÖBƏSİNƏ MÜRACİƏT EDƏN VƏTƏNDAŞLARIN DİQQƏTİNƏ!

Məlumat üçün bildirilir ki, Koronavirus pandemiyasının yayılması ilə bağlı mübarizə tədbirlərinin bir hissəsi kimi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş təlimata əsasən, Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin Konsulluq şöbəsi müvəqqəti olaraq müəyyən müddət ərzində (20 Aprel 2020-ci il tarixədək; zərurət davam edərsə müddət uzadıla bilər) vətəndaşların qrup və fərdi surətdə qəbulunu və onlarla birbaşa təması məhdudlaşdırır.

Səfirliyin konsulluq bölməsində vətəndaşların fasiləsiz qəbulu yalnız elektron poçt və telefon rabitəsi vasitəsilə həyata keçiriləcəkdir.

Vətəndaşların müraciət və suallarının Səfirliyinin elektron poçt ünvanına və ya mobil telefon vasitəsilə Səfirliyin birinci katibi (konsul) Fariz Cəfərova ünvanlanması xahiş olunur. Məlumat, müraciət, sorğu və suallar üçün əlaqə vasitələri aşağıda təqdim olunur:

 +92 335 523 05 00

 islamabad@mission.mfa.gov.az

 @AzEmbPak

 azembassypk

 https://www.facebook.com/AzEmbPak/                  

Evdə qal sağlamlığını qoru!

Hörmətlə,

Azərbaycan Respublikasının

Pakistan İslam Respublikasındakı Səfirliyi

növbəti xəbər əvvəlki xəbər