2015-04-17

Azərbaycan-Pakistan münasibətləri “Diplomatik İnsight”da

Pakistanın diplomatik çevrələrində böyük nüfuz sahibi olan urdu, ingilis vəərəb dilli “Diplomatik İnsight” jurnalında Azərbaycan-Pakistan münasibətlərinə həsr edilmiş xüsusi reportaj dərc edilib.

Ön səhifədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti cənab Məmnun Hüseynin fotosu əks olunmuş jurnalda Pakistan dövləti başçısının Azərbaycana səfəri, ikitərəfli əlaqələr, Azərbaycan səfirliyinin Pakistanda fəaliyyəti barəsində məqalələr dərc edilib.

Belə ki, reportajda sülh və diplomatik tədqiqatlar institunun direktoru, jurnalın baş redaktoru Asif Nurun Azərbaycan-Pakistan münasibətləri haqqında yazdığı ön söz, Koreya Respublikasının Hankuk Universitetinin professoru Rövşən İbrahimovun “Pakistan-Azərbaycan münasibətləri. İqtisadi əlaqələrinin inkişafına yeni təkan”, sülh və diplomatik tədqiqatlar institunun direktoru Asif Nurun “Pakistan-Azərbaycan əlaqələri. Yeni təkan və yeni bahar”, Peşəvar Universitetinin siyasi elmlər fakültəsinin professoru Zahid Ənvərin “Azərbaycan-Pakistan münasibətlərinin 21-ci əsrdə istiqamətləri”, Sülh və Diplomatik tədqiqatlar institunun tədqiqatçısı Məhəmməd Bilal Xanın “Azərbaycan-Pakistan münasibətlərinin xülasəsi”, hakim Pakistan müsəlman liqası partiyasının qadınlar birliyinin rəhbəri, tanınmış iş adamı Amna Malikin “Azərbaycanla ticarətin inkişafı”, Bakı Dövlət Universitetinin urdu dili müəllimi Eldost İbrahimovun “Azərbaycan-Pakistan qardaşlıq münasibətlərinin intibahı“ məqalələri çap olunub.

Eyni zamanda jurnalda Azərbaycan səfirliyinin dəstəyi ilə İslamabad şəhərində keçirilmiş tanınmiş xəttat Azim İqbalın “Sülh və harmoniyanın rəngləri” haqqında məqalə işıq üzü görüb

Arxiv üzrə axtarış