2016-10-14

Pakistanın Baş naziri: Azərbaycandakı siyasi sabitlik, böyük iqtisadi inkişaf məndə dərin təəssürat yaratdı

Azərbaycandakı diqqətəlayiq siyasi sabitlik, ictimai həmrəylik və böyük iqtisadi inkişaf məndə dərin təəssürat yaratdı.

AZƏRTAC xəbər verir ki, bu fikri Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif mətbuata bəyanatında səsləndirib.

Baş nazir deyib ki, Prezident Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi təqdirəlayiq iqtisadi inkişaf və sosial tərəqqi Pakistanda böyük rəğbətlə izlənilir.

“Pakistan və Azərbaycan hər zaman bir-birinə bənzər baxışlara malik olmuşlar və Prezident Əliyev ilə bu görüşümdən sonra məmnunluqla əmin oldum ki, bizim ideallarımız da üst-üstə düşür”, - deyə Məhəmməd Nəvaz Şərif vurğulayıb.

ideals,” the Pakistani Prime Minister added.

Arxiv üzrə axtarış