2017-02-01

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan Milli Assambleyasının Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb.

Görüşdə Azərbaycan və Pakistan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, parlamentlərarası dostluq qrupları arasında əlaqələrin artırılması, hər iki ölkənin gənclər və qadın təşkilatları arasında əməkdaşlıqlarının dəstəklənməsi, iqtisadi, mədəni və elmi əlaqələrin daha da inkişafı istiqamətində birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri Azərbaycanda iştirak etdikləri müxtəlif forum və konfranslar zamanı Azərbaycanda şahidi olduqları inkişafı və Azərbaycanla bağlı xoş xatirələrini bölüşüblər.

Arxiv üzrə axtarış