2020-03-17

Pakistan İslam Respublikasında müvəqqəti və daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!

Əziz həmvətənlər,

 

Məlum olduğu kimi, yeni tip koronavirusun (COVID-19) bir çox ölkələrdə, o cümlədən Pakistanda yayılması müşahidə edilməkdədir. Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) artıq epidemiyanın pandemiya mərhələsinə keçdiyini elan etmişdir.  Koronavirusdan effektiv şəkildə qorunmaq üçün aşağıdakı tövsiyələrə ciddi şəkildə əməl olunmasını xahiş edirik:

1.Pakistan dövlət orqanlarının yaydığı məlumat və tövsiyələrin diqqətlə izlənilməsi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət edilməsi;

  1. Xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadənin məhdudlaşdırılması və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinilməsi;
  2. Koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və simptomların yarandığı halda təcili tibbi müayinədən keçilməsi;
  3. Yeni tip koronavirusla (COVID-19) bağlı sualların yaranacağı təqdirdə Pakistanda müvəqqəti və daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları ölkəmizin Pakistan İslam Respublikasındakı Səfirliyində yaradılmış “qaynar xətt” mobil telefon nömrələri ilə (Tel: 00 92 335 523 05 00, Tel: 00 92 315 535 75 76) əlaqə saxlanması.

Hər hansı fövqəladə vəziyyətlə bağlı məlumatlandırma və hüquqi yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının Səfirliyin Konsulluq şöbəsində konsulluq qeydiyyatına alınmaları üçün müraciət etmələri (Tel: 00 92 335 523 05 00, Email: islamabad@mission.mfa.gov.az) tövsiyə olunur.

 

Hörmətlə,

 

Azərbaycan Respublikasının

Pakistan İslam Respublikasındakı Səfirliyi

Arxiv üzrə axtarış