2020-08-18

“Azərbaycanın müasir dinamikası” adlı onlayn təcrübə proqramının ilk dörd mühazirəsi təqdim olunmuş və uğurla davam etməkdədir

Azərbaycan  Respublikasının  Pakistandakı Səfirliyi və Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi (CGSS) tərəfindən birgə təşkil edilən, Azərbaycan  Respublikasının  müstəqilliyinin    bərpasının   29-cu   ildönümünə  həsr  olunan  onlayn  təcrübə  proqramının ikinci, üçüncü və dördüncü mühazirələri aşağıdakı mövzularda keçirilmişdir.

  • 7 avqust 2020-ci il: “Müstəqilliyinin bərpasından sonrakı Azərbaycan. Azərbaycan-Pakistan dostluğu və strateji tərəfdaşlığı” mövzusunda mühazirə Pakistanın Pişəvər Universitetinin Regional araşdırmalar mərkəzinin direktoru Dr. Şabir Əhməd tərəfindən təqdim edilmişdir.

  • 10 avqust 2020-ci il: "Beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolu və xarici siyasəti. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" mövzusunda mühazirə BDU, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidov tərəfindən təqdim edilmişdir.

  • 14 avqust 2020-ci il: "Beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolu və xarici siyasəti. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" mövzusunda mühazirə Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə ekspert, təhlilçi-yazar Mehmud-ul-Həsən Xan tərəfindən təqdim etmişdir.

Arxiv üzrə axtarış