2020-09-01

“Azərbaycanın müasir dinamikası” adlı onlayn təcrübə proqramının növbəti dörd mühazirəsi təqdim olunmuş və uğurla davam etməkdədir

Azərbaycan  Respublikasının  Pakistandakı Səfirliyi və Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi (CGSS) tərəfindən birgə təşkil edilən, Azərbaycan  Respublikasının  müstəqilliyinin    bərpasının   29-cu   ildönümünə  həsr  olunan  onlayn  təcrübə  proqramının beşinci, altıncı, yeddinci və səkkizinci mühazirələri aşağıdakı mövzularda keçirilmişdir.

 

  • 17 avqust 2020-ci il: “Azərbaycan – Pakistan xalqları arasında yaxın dostluq və qardaşlıq münasibətlərinin güclənməsində humanitar və mədəni əlaqələrin əhəmiyyəti” mövzusunda mühazirə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Asiya idarəsinin müşaviri Dr.İlham Məmmədov tərəfindən təqdim edilmişdir.

 

  • 21 avqust 2020-ci il: Azərbaycan – Pakistan xalqları arasında yaxın dostluq və qardaşlıq münasibətlərinin güclənməsində humanitar və mədəni əlaqələrin əhəmiyyəti” mövzusunda mühazirə Pakistanın İslamiyyə Kolleci Universitetinin Siyasi elmlər fakültəsinin müəllimi Dr. Zarmina Bəluç tərəfindən təqdim edilmişdir.

 

  • 24 avqust 2020-ci il: "Azərbaycan Silahlı Qüvvələri. Pakistanla müdafiə və hərbi sahədə əməkdaşlıq" mövzusunda mühazirə Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi polkovnik Mehman Novruzov tərəfindən təqdim edilmişdir.

 

  • 28 avqust 2020-ci il: "Azərbaycan Silahlı Qüvvələri. Pakistanla müdafiə və hərbi sahədə əməkdaşlıq" mövzusunda mühazirə Pakistanın sabiq Müdafiə naziri Naim Xalid Lodi tərəfindən təqdim edilmişdir.

 

 

Arxiv üzrə axtarış