2020-09-18

“Azərbaycanın müasir dinamikası” adlı onlayn təcrübə proqramının sonuncu altı mühazirəsi təqdim olunmuş və uğurla başa çatmışdır

Azərbaycan  Respublikasının  Pakistandakı Səfirliyi və Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi (CGSS) tərəfindən birgə təşkil edilən, Azərbaycan  Respublikasının  müstəqilliyinin    bərpasının   29-cu   ildönümünə  həsr  olunan  onlayn  təcrübə  proqramının doqquzuncu, onuncu, onbirinci, onikinci, onüçüncü və ondördüncü mühazirələri aşağıdakı mövzularda keçirilmişdir.

                             

  • 31 avqust 2020-ci il: “Azərbaycanda təhsil və elm. Yeniliklər və məqsədlər” mövzusunda mühazirə ADA Universitetinin pro-rektoru Fariz İsmayılzadə tərəfindən təqdim edilmişdir.
  • 04 sentyabr 2020-ci il: “Azərbaycanda təhsil və elm. Yeniliklər və məqsədlər” mövzusunda mühazirə Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə ekspert, təhlilçi-yazar Dr. Mehmud-ul-Həsən Xan tərəfindən təqdim edilmişdir.
  • 07 sentyabr 2020-ci il: "Azərbaycan iqtisadiyyatı. Nailiyyətlər və prioritetlər" mövzusunda mühazirə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq idarəsinin rəisi Hüsniyyə Məmmədova tərəfindən təqdim edilmişdir.
  • 11 sentyabr 2020-ci il: "Azərbaycan iqtisadiyyatı. Nailiyyətlər və prioritetlər" mövzusunda mühazirə Pakistanın İslamabad şəhərindəki Silk Bankın direktoru Cavad Məcid tərəfindən təqdim edilmişdir.
  • 14 sentyabr 2020-ci il: "Azərbaycan tarixi. Pakistanla bağlılıqlar və ortaqlıqlar" mövzusunda mühazirə AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycanın Pakistandakı keçmiş səfiri, fəlsəfə doktoru Eynulla Mədətli tərəfindən təqdim edilmişdir.
  • 18 sentyabr 2020-ci il: "Azərbaycan tarixi. Pakistanla bağlılıqlar və ortaqlıqlar" mövzusunda mühazirə Pakistanın Bahavalpur Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Dr. Məhəmməd İcaz Lətif tərəfindən təqdim edilmişdir.

 

 

Arxiv üzrə axtarış