2020-07-15
Pakistan Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumunu qəti pisləyir

Pakistan, Ermənistan silahlı qüvvələrinin 12 iyul 2020-ci il tarixində bir neçə azərbaycanlının itkisi ilə nəticələnən Azərbaycanın Tovuz rayonuna hücumunu qətiyyətlə pisləyir. Həlak olanların ailələrinə  dərin hüznlə başsağlığı veririk.

Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi uzunmüddətli nəticələri ilə regional sülhə və təhlükəsizliyə ciddi təhdid törədir.

Son təxribatçı hərəkət Ermənistanın beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdinin təzahürüdür və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində təsbit edilmiş Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün davam edən danışıqlar prosesinə mane olur.

Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı özünün prinsipial mövqeyini bir daha təsdiqləyir və Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir.

 

İslamabad

 

14 iyul 2020

299/2020

http://mofa.gov.pk/pakistan-condemns-armenian-attack-on-tovuz-district-in-azerbaijan/

növbəti xəbər əvvəlki xəbər