Doğumun qeydə alınması

Doğumun qeydə alınması

Doğum haqqında məlumat Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyinin Konsulluq bölməsinə uşağın doğulduğu gündən ən geci 1 ay ərzində verilməlidir. 

Doğumun qeydə alınması üçün tələb olunan sənədlər

  • Valideyinlərin ərizəsi 
  • Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
  • Valideynlərin doğum haqqında şəhadətnamələrinin surəti;
  • Valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti;
  • Doğum faktını, vaxtını və yerini təsdiq edən sənədin əsli;
  • Doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı.

Dövlət rüsumunun məbləği

  • Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Arxiv üzrə axtarış