Elektron Növbə Portalı

Göstərilən xidmət səviyyəsinin və vətəndaş məmnunluğunun artırılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi tərəfindən Elektron Növbə Portalı istifadəyə verilmişdir. Hazırda müraciətçilər aşağıda qeyd edilən internet səhifəsinə daxil olaraq, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyi tərəfindən göstərilən xidmətlər üzrə öncədən elektron növbə götürə bilərlər:

appointment.mfa.gov.az

Elektron Növbə Portalının istifadəsi ilə bağlı hər hansı xidmət haqqı nəzərdə tutulmamışdır. Əlavə məlumat almaq məqsədilə qeyd olunan linkə daxil ola bilərsiniz. 

Qeyd: 01.05.2024-cü il tarixindən etibarən bütün müraciətçilər Səfirliyə yalnız Elektron Növbə Portalı vasitəsilə müraciət etməlidirlər (fövqəladə və müstəsna hallar istisna olmaqla). Səfirlik tərəfindən yalnız Elektron Növbə Portalı vasitəsilə daxil olan müraciətlər icraata qəbul ediləcəkdir.

Nəzərə alınmalıdır ki, təyin edilmiş görüş zamanı yalnız bir ərizəçinin müraciəti qəbul olunacaqdır. Əgər bir neçə nəfər üçün müraciət olunursa (məsələn, ailə/qrup halında), hər bir ərizəçi üçün ayrıca görüş təyin edilməlidir.

Arxiv üzrə axtarış