TURİZM VİZASI

Turizm vizası Azərbaycan Respublikasına turist kimi gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir

Tələb olunan sənədlər:

  1. Ərizə-anket https://visaapplication.mfa.gov.az/
  2. Pasport (əsli və surəti)
  • Pasportun etibarlılıq müddəti müraciət olunan vizanın müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır
  • Pakistan vətəndaşı olmayan şəxslərin həmçinin bu ölkədə daimi yaşayışhüququnu təsdiq edən sənədi təqdim etməsi vacibdir.

 3.İki ədəd 3x4 ölçülü fotoşəkil.

  • Ağ fonda olmalı, son altı ay ərzində çəkilməli və şəxsin hazırkı vəziyyətini əks etdirməlidir
  1. Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiqləyən sənəd
  • Turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti
  • Mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd
  • Tibbi sığorta şəhadətnaməsinin surəti
  • Azərbaycan Respublikasında yaşayışı ilə bağlı xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olması haqqında müvafiq sənəd

.5. Dövlət rüsumunun ödənilməsi barədə sənəd

  • Pakistan vətəndaşları üçün 20 ABŞ dolları. 

DİQQƏT!

  • Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir. Səfirlik yuxarıdakı siyahıda qeyd olunmayan əlavə sənəd / məlumat istəmə hüququnu özündə saxlayır.
  • Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əlavə məlumat üçün: https://www.migration.gov.az/az/oyq

 

Arxiv üzrə axtarış