Konsulluq uçotu
Azərbaycan Respublikasının konsulluqları olmayan xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu və qeydiyyatı
Ölkəmizin mövcud qanunvericiliyinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotunu və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatını aparır. Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları olmayan xarici ölkələrdə (yerlərdə) daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirlir.
Müvafiq uçotun və qeydiyyatın aparılmasının əsas məqsədi xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsidir.
Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və ya uçotdan çıxarılması zamanı onların pasportlarında heç bir qeyd aparılmır. Vətəndaş arzu etdiyi təqdirdə onun konsulluq uçotuna alınması və ya uçotdan çıxarılması barədə konsulluq tərəfindən arayış verilir.
Tələb olunan sənədlər:
- Vətəndaşın ərizəsi
- uçot (qeydiyyat) zamanı xarici ölkədə daimi yaşayan vətəndaş üçün nəzərdə tutulmuş elektron forma və ya uçot (qeydiyyat) zamanı xarici ölkədə müvəqqəti yaşayan vətəndaş üçün nəzərdə tutulmuş elektron forma.
- rəngli fotoşəkil (3,5 x 4,5 ölçülü).
- şəxsiyyətini təsdiq edən (ümumvətəndaş pasportun) sənədin surəti.
- vətəndaşın xarici ölkədə daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən (yalnız xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına aiddir) sənəd.
- yaşadığı ölkədə işləməsi barədə rəsmi sənəd (yalnız xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarına aiddir).
İştirak etməli olan şəxslər
Sənədlər tam və düzgün tərtib edildikdən sonra Azərbaycan Respublikası vətəndaşı tərəfindən şəxsən və ya poçt vasitəsilə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin konsulluq və viza şöbəsinə təqdim olunmalıdır.
Səfirliyin ünvanı: Azərbaycanın Pakistandakı Səfirliyi
Plot 1 D and 1E Diplomatic Enclave II, Islamabad
Dövlət rüsumu
Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı ödənişsiz yerinə yetirilir.