Ölümün qeydə alınması
Ölümün qeydə alınması
Ölüm haqqında məlumat Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyinin Konsulluq bölməsinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan 10 (on) gündən gec olmayaraq verilməlidir.
Tələb olunan sənədlər
- Ölən şəxsin yaxını tərəfindən ərizə;
- Ölən şəxsin yaxınının şəxsiyyətini müəyyən edən sənədin surəti;
- Ölüm faktını təsdiq edən sənədin əsli (ölüm haqqında həkim arayışı, “verification of death” ola bilər);
- Ölən şəxsin şəxsiyyətini təsdiq edən sənədlərin əsli;
- Ölən şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda hərbi biletin əsli (hərbi xidmətlə bağlı olan sənədlər).
Dövlət rüsumu
- Ölümün qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.