TRANZİT VİZA

Tranzit vizası üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.

 

Tələb olunan sənədlər:

  1. Ərizə-anket https://visaapplication.mfa.gov.az/

    2. Pasport (əsli və surəti)

  •  Pasportun etibarlılıq müddəti müraciət olunan vizanın müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır
  • Pakistan vətəndaşı olmayan şəxslərin həmçinin bu ölkədə daimi yaşayış hüququnu təsdiq edən sənədi təqdim etməsi vacibdir.
  1. İki ədəd 3x4 ölçülü fotoşəkil.
  • Ağ fonda olmalı, son altı ay ərzində çəkilməli və şəxsin hazırkı vəziyyətini əks etdirməlidir
  1. Dövlət rüsumunun ödənilməsi barədə sənəd
  • 20 ABŞ dolları.
  1. Gedəcəyi ölkənin vizasının surəti
  • Gedəcəyi ölkə vizasız rejim tətbiq edirsə tələb edilmir.

 

Arxiv üzrə axtarış