2016-07-04

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan Senatının Müdafiə Komitəsinin sədri, senator Müşahid Hüseyin Seyid və Xarici İşlər Komitəsinin sədri, senator xanım Nuzhat Sadiklə görüşmüşdür.

Görüşlərdə Azərbaycanla Pakistan arasında mövcud olan səmimi dostluq və qardaşlıq münasibətlərindən, parlamentlərarası əlaqələrdən, Heydər Əliyev Fondunun Pakistanda reallaşdırdığı humanitar və sosial layihələrdən, Pakistan və Azərbaycanın bütün ikitərəfli və çoxtərəfli platformalarda bir-birlərini müdafiə etməsindən, Pakistanın erməni təcavüzünə qarşı hər zaman Azərbaycanın haqlı mövqeyini tam dəstəkləməsindən söhbət açılmış, Azərbaycanla Pakistan arasında bütün sahələrdə mövcud olan əlaqələrin daha da artırılmasının zəruriliyi vurğulanmışdır.

Səfir Azərbaycanın Pakistanı hər zaman güclü, sabit və inkişaf etmiş ölkə kimi görmək istədiyini və Pakistanla əlaqələrə xüsusi önəm verildiyini bildirmişdir.

Arxiv üzrə axtarış