Doğumun qeydə alınması
Doğumun qeydə alınması
Doğum haqqında məlumat Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyinin Konsulluq bölməsinə uşağın doğulduğu gündən ən geci 1 ay ərzində verilməlidir.
Doğumun qeydə alınması üçün tələb olunan sənədlər
- Valideyinlərin ərizəsi
- Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
- Valideynlərin doğum haqqında şəhadətnamələrinin surəti;
- Valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti;
- Doğum faktını, vaxtını və yerini təsdiq edən sənədin əsli;
- Doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı.
Dövlət rüsumunun məbləği
- Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.