RƏSMİ VİZA

Rəsmi səfər vizası xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarına, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərə və onların ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

Tələb olunan sənədlər:

  1. Ərizə-anket https://visaapplication.mfa.gov.az/
  2. Pasport (əsli və surəti)
  • Pasportun etibarlılıq müddəti müraciət olunan vizanın müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır
  • Pakistan vətəndaşı olmayan şəxslərin həmçinin bu ölkədə daimi yaşayışhüququnu təsdiq edən sənədi təqdim etməsi vacibdir.

 3.İki ədəd 3x4 ölçülü fotoşəkil.

  • Ağ fonda olmalı, son altı ay ərzində çəkilməli və şəxsin hazırkı vəziyyətini əks etdirməlidir

4.Diplomatik nota və ya rəsmi məktub

  • Səfər edən rəsmi şəxsin adı, soyadı, doğum tarixi, səfərin məqsədi, səfərin tarixi və Azərbaycanda planlaşdırılan qalma müddəti qeyd olunmalıdır.
  • Səfər edən şəxsi müşayiət edəcək övladının və ya digər ailə üzvlərinin adları və doğum tarixləri əks olunmalıdır.

 

 DİQQƏT!

  • Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir. Səfirlik yuxarıdakı siyahıda qeyd olunmayan əlavə sənəd / məlumat istəmə hüququnu özündə saxlayır.
  • Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əlavə məlumat üçün: https://www.migration.gov.az/az/oyq

 

Arxiv üzrə axtarış