TURİZM VİZASI
Turizm vizası Azərbaycan Respublikasına turist kimi gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir
Tələb olunan sənədlər:
- Ərizə-anket https://visaapplication.mfa.gov.az/
- Pasport (əsli və surəti)
- Pasportun etibarlılıq müddəti müraciət olunan vizanın müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır
- Pakistan vətəndaşı olmayan şəxslərin həmçinin bu ölkədə daimi yaşayışhüququnu təsdiq edən sənədi təqdim etməsi vacibdir.
3.İki ədəd 3x4 ölçülü fotoşəkil.
- Ağ fonda olmalı, son altı ay ərzində çəkilməli və şəxsin hazırkı vəziyyətini əks etdirməlidir
- Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiqləyən sənəd
- Turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti
- Mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd
- Tibbi sığorta şəhadətnaməsinin surəti
- Azərbaycan Respublikasında yaşayışı ilə bağlı xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olması haqqında müvafiq sənəd
.5. Dövlət rüsumunun ödənilməsi barədə sənəd
- Pakistan vətəndaşları üçün 20 ABŞ dolları.
DİQQƏT!
- Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir. Səfirlik yuxarıdakı siyahıda qeyd olunmayan əlavə sənəd / məlumat istəmə hüququnu özündə saxlayır.
- Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əlavə məlumat üçün: https://www.migration.gov.az/az/oyq