TRANZİT VİZA

Tranzit vizası üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.

 

Tələb olunan sənədlər:

  1. Ərizə-anket https://visaapplication.mfa.gov.az/

    2. Pasport (əsli və surəti)

  •  Pasportun etibarlılıq müddəti müraciət olunan vizanın müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır
  • Pakistan vətəndaşı olmayan şəxslərin həmçinin bu ölkədə daimi yaşayış hüququnu təsdiq edən sənədi təqdim etməsi vacibdir.
  1. İki ədəd 3x4 ölçülü fotoşəkil.
  • Ağ fonda olmalı, son altı ay ərzində çəkilməli və şəxsin hazırkı vəziyyətini əks etdirməlidir

    4. Təyinat ölkəsinə getmək vizasının (təyinat ölkəsinə səfər etmək üçün vizasız rejim müəyyən olunmuş ölkələr istisna olmaqla) və müraciət olunan ölkədən təyinat ölkəsinə getmək üçün nəqliyyat biletinin surətləri və ya bu səfəri təsdiq edən digər məlumatlar və Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur

  1. Dövlət rüsumunun ödənilməsi barədə sənəd
  • 20 ABŞ dolları.
  1. Gedəcəyi ölkənin vizasının surəti
  • Gedəcəyi ölkə vizasız rejim tətbiq edirsə tələb edilmir.

 

Arxiv üzrə axtarış