e-Viza
ASAN VİZA
- “ASAN Viza” sistemi vasitəsilə verilən birdəfəlik və ya çoxdəfəlik elektron vizanın rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. “ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən birdəfəlik elektron vizanın ölkədə qalma müddəti 30 günədək, çoxdəfəlik elektron vizanın ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.
- Həmçinin “ASAN Viza” sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada 3 saat ərzində verilməsi məqsədilə www.evisa.gov.az internet səhifəsinə daxil olaraq müraciət edə bilərlər.
- 2018-ci ilin 15 may tarixindən etibarən Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə birdəfəlik elektron vizanın verilməsi həyata keçirilir.
- Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsi, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmin edilir.
Qeyd: Birdəfəlik elektron viza yalnız siyahıda qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdirilir.
Birdəfəlik elektron viza veriləcək ölkələrin siyahısı.