İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Azərbaycan - Pakistan münasibətləri

Qısa tarixi məlumat:

Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur (12 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. Pakistan İslam Respublikasının Bakıda səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir. Hazırda, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadovdur.

Yüksək səviyyəli qarşılıqlı səfərlər va görüşlər:

Dövlət başçıları:

1995-ci il 9-11 oktyabr - Pakistan İslam Respublikasının Prezidenti Sərdar Faruq Əhməd Xan Leqari Azərbaycana rəsmi səfər etmişdir.

1996-ci il 9-11 aprel - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistana rəsmi səfər etmişdir.

2004-cü il 8-10 iyul - Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf Azərbaycana rəsmi səfər etmişdir.

2005-ci il 12-13 aprel - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana rəsmi səfər etmişdir.

2012-ci il 13-16 oktyabr - Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısı).

2015-ci il 11-14 mart - Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycana rəsmi səfər etmişdir.

2017-ci il 28 fevral-1 mart – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə Toplantısı).

2019-cu il 25-26 oktyabr – Pakistan İslam Respublikasının Prezident Arif Alvi Azərbaycana işgüzar səfər etmişdir (Qoşulmama Hərəkatının 18-ci Zirvə Toplantısı).

2024-cü il 11-12 iyul - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana dövlət səfəri etmişdir. 

Hökumət başçıları:

2006-cı il 5-7 may - Pakistan İslam Respublikasının Baş Naziri Şövkət Əziz Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə Toplantısı).

2016-cı il 13-15 oktyabr  - Pakistan İslam Respublikasının Baş Naziri Nəvaz Şərif Azərbaycana rəsmi səfər etmişdir.

2023-cü il 14-15 iyun - Pakistan İslam Respublikasının Baş Naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfər etmişdir.

Xarici İşlər Nazirləri:

1994-cü il 24 yanvar - Pakistan İslam Respublikasının xarici işlər naziri Sərdar Asif Əhməd Azərbaycana rəsmi səfər etmişdir.

1995-ci il 14-15 mart - Azərbaycan Respublikasının xarici işlər naziri Həsən Həsənov Pakistana rəsmi səfər etmişdir (İslam Konfransı Təşkilatının 3-cü Zirvə Toplantısı).

1999-cu il 8-21may - Pakistan İslam Respublikasının xarici işlər üzrə dövlət naziri Məhəmməd Siddiq Xan Kanju Azərbaycan işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 9-cu iclası).

2006-ci il 3 may - Pakistan İslam Respublikasının xarici işlər naziri X.M.Kasuri Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı).

2006-ci il 19-21 iyun - Pakistan İslam Respublikasının xarici işlər naziri X.M.Kasuri Azərbaycana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatı Xarici işlər Nazirlərinin 33-cü Sessiyası).

2007-ci il 15-17 may – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Pakistana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri şurasının 34-cü konfransı).

2010-cu il 15 iyun - Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Pakistana işgüzar səfər etmişdir.

2012-ci il 13-16 oktyabr - Pakistan İslam Respublikasının xarici işlər naziri Hina Rabbani Xar Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısı).

2017-ci il 28 fevral-1 mart - Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Pakistana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatının 13-cü Zirvə Toplantısı).

2017-ci il 30 noyabr-1 dekabr - Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asif Azərbaycana işgüzar səfər etmişdir (Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin görüşü və “Asiyanın ürəyi-İstanbul Prosesi”nin 7-ci Nazirlər Toplantısı) 

2021-ci il 13-14 yanvar - Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistana işgüzar səfər etmişdir (Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin ikinci görüşü).

2021-ci il 18-19 dekabr - Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistana işgüzar səfər etmişdir (İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 17-ci növbədən kənar iclası).

2023-cü il 10 oktyabr - Pakistan İslam Respublikasının xarici işlər naziri Cəlil Abbas Cilani Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasında iştirak etmək üçün  Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. 

 

 

Parlamentlararasi əlaqələr:

2008-ci il 18-20 iyun - Pakistan Senatının sədri M.Sumro Azərbaycana səfər etmişdir (Azərbaycan Parlamentinin 90 illiyi munasibətilə keçirilmiş tədbir).

2013-cü il 11-12 fevral - Milli Məclisin sədri Oqtay Əsədov Pakistana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Assambleyasının 1-ci iclası).

2018-ci il 19-21 sentyabr  - Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncrani Azərbaycana səfər etmişdir (Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş tədbir).

2021-ci il 31 may-04 iyun  - Milli Məclisin sədri Sahibə Qafarova Pakistana rəsmi və işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Assambleyasının 2-ci iclası).

2021-ci il 27-31 iyul  - Pakistan Milli Assambleyasının spikeri Əsəd Qeysər Azərbaycana rəsmi səfər etmişdir (Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli iclası).

2022-ci il 16-19 may  - Pakistan Milli Assambleyasının spikeri Raca Pərvez Əşrəf Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Assambleyasının 3-cü iclası).

2022-ci il 30 iyun-01 iyul  - Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncrani Azərbaycana səfər etmişdir (Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı).

 

 

 

İqtisadi sahədə əməkdaşlıq:

9 Oktyabr 1995-ci ildə Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Hökumət səviyyəsində Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol” imzalanmış, 2000-ci ildə Bakıda Birgə Komissiyanın 1-ci iclası keçirilmişdir.

26-27 aprel 2016-cı ildə İslamabadda Azərbaycan-Pakistan Birgə Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilmişdir. Azərbaycan tərəfdən müdafiə sənayesi, rabitə və yüksək texnologiya, xarici işlər, iqtisadiyyat, mədəniyyət və turizm, təhsil, kənd təsərrüfatı, təhsil nazirliklərinin, habelə Dövlət Neft Şirkəti və Mərkəzi Bankın nümayəndələrinin, Pakistan tərəfdən isə, tərəfdən neft və təbii ehtiyatlar, xarici işlər, maliyyə, elm və texnologiya, müdafiə istehsalı, ticarət, mədəniyyət nazirliklərinin, Nazirlər Kabinetinin sahələr üzrə məsul şəxslərinin iştirak etdiyi birgə komissiyanın iclasında, qeyd olunan sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edilmiş, yekunda iclasın protokolu imzalanmışdır.

8-11 fevral 2017-ci ildə Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayevin rəhbərlik etdiyi 16 şirkətin nümayəndələrindən və Fondun əməkdaşlarından ibarət Azərbaycan ixrac missiyası Pakistanda işgüzar səfərdə olmuşdur. 

28 iyul 2017-ci ildə Bakıda Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 1-ci iclası keçirilmişdir. AR iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Pakistanın ticarət katibi Məhəmməd Yunus Dağanın həmsədrlik etdiyi iclasda hər iki ölkə arasında ticarət əlaqələrinin inkişafı, həmçinin qarşılıqlı şəkildə ixracın artırılması  məsələləri müzakirə olunmuş, “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Pakistanın Ticarətin İnkişafı Qurumu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanmışdır.

7-8 dekabr 2017-ci ildə kənd təsərrüfatı sahəsində Azərbaycan-Pakistan Birgə İşçi Qrupunun 1-ci iclası keçirilmişdir.  AR Kənd təsərrüfatı naziri Heydər Əsədov və Pakistan İR Milli ərzaq təhlükəsizliyi və tədqiqatı naziri Sikandar Həyat Xan Bosanın iştırakı ilə keçirilən iclasda İclasda kənd təsərrüfatı üzrə tədqiqat və təcrübə mübadiləsi sahələrində əməkdaşlıq, kənd təsərrüfatı məhsulları üzrə ikitərəfli ticarətin təşviqi və asanlaşdırılması, mal-qara rüşeymi, embrionu və camış toxumu mübadiləsi, xüsusi təhlükəli heyvan xəstəliklərinin laboratoriya diaqnostikası və heyvandarlıq məhsullarında risklərin idarə olunması üzrə təcrübə mübadiləsi, Pakistandan Azərbaycana yüksək məhsuldar cins camışların idxalı məsələsinin araşdırılması, fitosanitar risklərin idarə olunması üzrə təcrübə mübadiləsi, mütərəqqi suvarma üsullarının və texnologiyalarının tətbiqi ilə əlaqədar təcrübə mübadiləsinin həyata keçirilməsi, aqrar elmi-tədqiqat, aqrar universitetlər arasında əlaqələrin qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmiş, yekunda Birgə işçi Qrupunun 1-ci protokolu imzalanmışdır.

20 aprel 2018-ci ildə Pakistanda Ravalpindi Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilmiş “International Rawal Expo 2018” adlı beynəlxalq sərgidə Azərbaycanın iri tikinti şirkətlərindən olan “ALKE İnşaat Sənaye və Ticarət” ASC təmsil olunmuş, öz xidmətlərini təqdim etmişdir.

4 iyul 2018-ci ildə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Pakistan Biznes konfransı keçirilmişdir. Tədbirdə hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, əczaçılıq, tikinti, sığorta, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən 250-ə yaxın iş adamı iştirak etmişdir. Konfrans çərçivəsində AZPROMO və Pakistanın Ravalpindi Ticarət və Sənaye Palatası (RCCI) arasında iqtisadi-ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsinə, ixracın və xarici sərmayələrin təşviqi sahəsində təcrübə mübadiləsinə dair Anlaşma Memorandumu imzalanmışdır.

2-4 oktyabr 2018-ci ildə Kəraçi şəhərində keçirilmiş “Pakistan Travel Mart” sərgisində Azərbaycan ikinci böyük heyətlə - Azərbaycan Turizm Assosiasiyası (AZTA), 18 turizm şirkəti və otel nümayəndələrindən ibarət 30 nəfərlə təmsil olunmuşdur.

11 oktyabr 2018-ci ildə İslamabadda Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 2-ci iclası keçirilmişdir. AR İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov və Pakistanın ticarət katibi Məhəmməd Yunus Dağanın rəhbərliyi ilə keçirilən iclasda ikitərəfli ticarətin ayrı-ayrı aspektləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır. İclasın sonunda Birgə İşçi Qrupunun protokolu imzalanmışdır.

11-13 aprel 2019-cu ildə Bakıda Azərbaycan, Türkiyə və Pakistanın üçtərəfli sərgisi keçirilmişdir. Pakistan Pavilyonunda 10 şirkət təmsil olunmuşdur.  

5 sentyabr 2019-cu ildə Bakıda Pakistanın Sərhəd Ticarət və Sənaye Palatasının təşkilatçılığı və Azərbaycan Ticarət və Sənaye Palatasının əməkdaşlığı ilə Azərbaycan-Pakistan Biznes Forumu keçirilmişdir. Tədbirdə kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti və digər sahələrdə fəaliyyət göstərən 150-dən artıq iş adamı iştirak etmişdir. Azərbaycan Ticarət və Sənaye Palatası ilə Pakistanın Sərhəd Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanmışdır.

8-10 oktyabr 2019-cu ildə Kəraçi şəhərində keçirilən 3-cü “Pakistan Travel Mart” turizm sərgisində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən təşkil edilmiş stenddə Azərbaycanın turizm potensialı təbliğ olunmuşdur. 11 müxtəlif şirkət və otel nümayəndələrindən ibarət heyət təmsil olunmuşdur.

28-30 oktyabr 2019-cu ildə Bakıda Pakistan malları sərgisi keçirilmişdir.

10 dekabr 2019-cu ildə Pakistan əczaçılıq məhsulları sərgisi keçirilmişdir.

1-2 dekabr 2021-ci ildə Bakıda Azərbaycan-Pakistan Birgə Komissiyasının 7-ci iclası keçirilmişdir. 

04-10 iyun 2022-ci ildə  İslamabad Ticarət və Sənaye Palatası, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə İslamabad Ticarət və Sənaye Palatasının (ICCI) üzvü olan 100-ə yaxın aparıcı iş adamı Azərbaycan Respublikasına səfər etmişdir. Sözügedən nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri çərçivəsində hər iki ölkənin iş adamları və müvafiq işgüzar dairələrinin, habelə Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının yüksək vəzifəli şəxslərinin iştirakı ilə 07 iyun 2022-ci il tarixində Bakıda biznes forum keçirilmişdir.

14-18 iyun 2022-ci ildə Pakistanın Sialkot Ticarət və Sənaye Palatasının (SCCI) üzvü olan iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuşdur.

15-19 avqust 2022-ci ildə Pakistanın Faisalabad Qadın Ticarət və Sənaye Palatasının (FWCCI) üzvü olan iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuşdur.

22 noyabr 2022-ci ildə Nazirlər Kabinetinin Qərarına əsasən Pakistan İslam Respublikasından idxal edilən həmin ölkə mənşəli düyü 31.12.2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilmişdir.

26 noyabr-03 dekabr 2022-ci ildə Pakistanın “Qlobal Biznes Alyans”ı və səfirliyin birgə təşkilatçılığı müxtəlif sahələrdə fəaliyyət göstərən Pakistanın mötəbər iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmişdir. 2022-ci il dekabr ayının 01-də hər iki ölkənin iş dairələrinin iştirakı ilə səfirliyin AZPROMO ilə birgə təşkilatçılığı ilə biznes-forum keçirilmişdir. Bununla yanaşı səfər zamanı keçirilən görüşün nəticəsi olaraq Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə “Qlobal Biznes Alyans” arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.  

20-22 fevral 2023-cü ildə Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Masood Malik, investisiya şurası federal naziri Chaudhry Salik Hussain və sənayelər və istehsal üzrə naziri Syed Murtuza Mahmud Azərbaycan Respublikasına işgüzar səfər etmişlər.

11-18 iyun 2023-cü ildə Sialkot Ticarət və Sənaye Palatasının nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmişdir.

5-7 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin sosial iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Pakistan İslam Respublikasına səfər etmişdir.

17-19 iyul 2023-cü ildə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistan İslam Respublikasına səfər etmişdir.

24-25 iyul 2023-cü ildə “SOCAR Trading” şirkətinin baş içracı direktoru Məryam Almaszadə Pakistan İslam Respublikasına səfər etmişdir.

24 iyul 2023-cü ildə “SOCAR Trading” Şirkətinin baş içracı direktoru Məryam Almaszadənin Pakistana səfəri əsnasında Pakistan Baş naziri Məhəmməd Şehbaz Şərifin iştirakı ilə Lahor şəhərində “Azərbaycan Respublikasının SOCAR Trading şirkəti ilə Pakistan LNG Limited Şirkəti arasında LNG yüklərinin alqı-satqısı haqqında Çərçivə Müqaviləsi”nin imzalanma mərasimi keçirilmişdir. 

31 iyul-1 avqust 2023-cü ildə Azərbaycan Respublikasının energetika nazirinin müavini Kamal Abbasov Pakistan İslam Respublikasına səfər etmişdir.

22 sentyabr 2023-cü ildə AZAL Bakı-Lahor-Bakı istiqaməti üzrə birbaşa uçuşlara başlamışdır.

1 noyabr 2023-cü ildə AZAL Bakı-İslamabad-Bakı istiqaməti üzrə birbaşa uçuşlara başlamışdır.

 

 

2017-ci ilin yanvar ayından Pakistan sadələşdirilmiş viza prosedurlarının - online viza sisteminin şamil olunduğu ölkələrin siyahısına daxil edilmiş, Azərbaycana səfər edən pakistanlıların sayında artım müşahidə olunmuşdur.

 

Humanitar sahədə əməkdaşlıq:

Mədəni va humanitar tədbirlər:

2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Pakistanda zəlzələdən zərər çəkmiş qızlar üçün orta məktəb tikilmiş va 2012-ci ildə məktəb əsaslı təmir edilmişdir.

2010-cu ildə Pakistanda baş vermiş, sel fəlakətinin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Pakistana 1 milyon, 2011-ci ildə 2 milyon ABŞ dolları həcmində maddi yardımlar etmişdir.

2012-2018-ci illərdə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə va kiçik laboratoriya ilə təchiz olunmuş, 1 ədəd təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi təqdim olunmuş, Xayber Göz Fondunun yeni blokunun va gozləmə otaqlarının tikintisi üçün maddi yardımlar edilmiş, Dera İsmayıl Xan bolgəsində Heydər Əliyev Su Təchizatı sistemi yaradılmış, Peşəvar Serebral İflic və Peşəvar Ana va Uşaq xəstəxanasında pulsuz müayinə təşkil edilmiş, Külsum İnternational klinikasında ürək ustündə açıq əməliyyatlar aparılmış, Xayber Paxtunxva əyalətində on minlərlə insan hepatit B virusuna qarşı peyvəndləşdirilmiş, həmçinin Rara Qızlar məktəbi və Pakistanın 12 Universitetlərində təhsil alan tələbələrə umumilikdə 41 stipendiya verilməsi həyata keçirilmişdir. Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində “20 Yanvar Şəhidlər Bulağı”-nın açılışı həyata keçirilmiş, Pakistan Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən “Pakistan Sweet Home” (Beyt-ul-Mal) təşkilatının Talasemiya Mərkəzinə 500 ədəd qan paketi təqdim edilmişdir. Yuxarıda qeyd olunanlardan əlavə, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə 2012-2018-ci illər ərzində Ramazan və Qurban bayramları ilə əlaqədar Pakistanın paytaxtı İslamabadda və müxtəlif əyalətlərdə kimsəsizlər üçün iftar süfrələri, həmçinin humanitar tədbirlər keçirilmiş, kimsəsiz uşaqlara və yaşlılara hədiyyələr təqdim edilmiş, qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə paylanmışdır.

20 oktyabr 2015-ci ildə Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Al-Farabi əlillər evində Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə tədbir keçirilmiş, 120 ədəd əlil arabası və əlillərin reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıq və ləvazımatlar AİDA adından Əl-Farabi mərkəzinə təqdim edilmişdir.

16-17 mart 2017-ci ildə Pakistanın sabiq Baş naziri Şövkət Əziz “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda V Qlobal Bakı Forumunda iştirak etmişdir. 

5-6 may 2017-ci ildə Pakistan İslam Respublikasının Milli Assambleyasının sədr müavini Murtaza Caved Abbasinin başçılıq etdiyi nümayəndə heyəti IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə Azərbaycana səfər etmişdir.

7-8 noyabr 2017-ci ildə AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Bəsirə Əzizəliyeva İslamabadda keçirilmiş “Əllamə İqbal Konfransı”nda iştirak etmişdir.

21 dekabr 2017-ci ildə “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda iştirak məqsədilə Pakistan İslam Respublikası Senatının sədr müavini Molana Abdul Qafur Heydəri Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ilə görüşmüşdür. 

9-11 mart 2018-ci ildə Azərbaycandan 3 sənətçi - Azərbaycanın əməkdar artisi Mübariz Əsgərov, Azərbaycan Dövlət Filarmoniyasının solisti Fəxri Nicat Kazım, Azərbaycan Dövlət Televiziyasının solisti Nigar Şabanova Pəncab əyalətinin mərkəzi Lahor şəhərində və paytaxt İslamabadda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Mədəni və Musiqi axşamı” adlı tədbirdə çıxış etmişdir.

15-17 mart 2018-ci ildə Pakistanın sabiq Baş naziri Şövkət Əziz VI Qlobal Bakı Forumunda iştirak məqsədilə Azərbaycana səfər etmişdir.

2-4 may 2018-ci ildə Lahor Milli İdarəetmə Kollecində Milli İdarəetmə Kursu keçən yüksək bürokratlar qrupu idarəetmə modeli, icra mexanizmi, sosial-iqtisadi inkişafda planlaşdırma prosesi və Azərbaycanın inkişafında dövlət və özəl sektorun rolunu öyrənmək məqsədilə Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində bir çox dövlət qurumlarında görüşlər, o cümlədən AR XİN-də Pakistan nümayəndə heyəti üçün brifinq keçirilmişdir.

14 may 2018-ci ildə Azərbaycanlı incəsənət xadimləri - əməkdar artistlər Sahib Paşazadə, İlham Nəzərov, Nigar Şahmuradova, Qaya Dövlət Ansamblının solisti Şölə Səfərəliyeva, Azərbaycan Dövlət Televiziyasının solisti Nigar Şabanova İslamabadda keçirilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş rəsmi qəbulda çıxış etmişlər.

21 iyun 2018-ci ildə İslamabad şəhərində Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə həsr olunmuş rəsmi qəbulda Azərbaycandan dəvət olunmuş sənətçilər – Pərviz Abdullayev, Mehparə Cəfərova və sintezator ifaçısı Ruslan Cabbarov çıxış etmişlər.

2-4 oktyabr 2018-ci ildə Kəraçi şəhərində keçirilmiş “Pakistan Travel Mart” sərgisində Azərbaycan Turizm Assosiasiyası (AZTA), 18 turizm şirkəti və otel nümayəndələrindən ibarət 30 nəfərlik heyət iştirak etmişdir.

25-26 oktyabr 2018-ci ildə “The Caspian Times” informasiya media qrupunun redaksiya heyətinin üzvü Muhammad Said, Siyasət Tədqiqatları Şurasının direktoru Çodri Zəfər, siyasi analitik və şərhçi Malik Sumbal, Pakistan Senatının Sədrinin müşaviri senator Şahzad Vasim, Pakistan Xalq Partiyasının Baş katibi Faisal Kundi VI Beynəlxalq Humanitar Forumda iştirak etmişlər.

20-22 noyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti (SAM-ın Xarici Siyasət Məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev, şöbənin elmi işçisi Fuad Çıraqov və Mərkəzin İqtisadiyyatın təhlili şöbəsinin aparıcı elmi işçisi Mahir Hümbətov) İslamabadda SAM-la İslamabad Siyasət Araşdırmaları İnstitutunun birgə təşkil etdiyi seminarda çıxış etmişlər. Onlar, həmçinin Pakistan Xarici işlər Nazirliyinin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində, Pakistan Milli Müdafiə Universitetinin Strateji Araşdırmalar, Tədqiqat və Təhlil İnstitutunda və eləcə də Qlobal və Strateji Araşdırmalar Mərkəzində görüşlər keçirmişlər.

4 aprel 2019-cu ildə Heydər Əliyev Fondu Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərmişdir. Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin nümayəndələri məktəbdə olaraq müxtəlif dərs ləvazimatları, o cümlədən məktəb üçün kompüter, printer, idman ləvazimatları və Fondun müxtəlif nəşrlərini təqdim etmişlər.

2019-cu ilin may ayında Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistan Milli Kitabxanasında “Azərbaycanşünaslıq Mərkəzi” fəaliyyətə başlayıb.

10 noyabr 2020-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə onlayn formatda keçirilmiş “Müasir dünyanın problemləri: Nifrətə çağırış, terror, ekstremizm, islamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlı beynəlxalq konfransda Pakistan Müsəlman İnstitutunun direktoru Sahibzadə Sultan Əhməd Əli iştirak etmişdir.

26 noyabr 2020-ci ildə Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə "Azərbaycan-Ermənistan Silahlı Münaqişəsi: Cənubi Qafqazın regional dinamikasının səbəb və nəticələri" adlı onlayn beynəlxalq konfrans keçirilmişdir.

16 iyun 2021-ci ildə Pakistanın Xeybər Paxtunxva əyalatinin mərkəzi Peşəvər şəhərinin Universitet şəhərciyindəki prospektə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adlı verilmişdir.

31 iyul 2021-ci ildə Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olmuşdur.

2021-ci ilin avqust ayında Bakı Dövlət Universiteti ilə Pakistanın Lahor Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır.

17 yanvar 2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır.

2022-ci ilin may ayında Şuşada keçirilən "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında Pakistanın "Colors of Pakistan" qrupu iştirak etmişdir.

06 iyun 2022-ci ildə Pakistanın Müasir Dillər Universitetində Azərbaycan Dillər Universitetinin  təşəbbüsü və təşkilatçılığı və Azərbaycan Respublikasının Pakistandakı səfirliyinin dəstəyi ilə Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin açılışı olmuşdur.

2022-ci ilin sentyabr ayında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Pakistanın Müslim İnstitutu arasında Anlaşma Memorandumu imzalanmışdır.

18-20 oktyabr 2022-ci il tarixlərində Pakistanın İnsan Hüquqları üzrə federal müvəkkili (Ombudsman) Ecaz Əhmad Qureşi Azərbaycanda keçirilən Asiya Ombudsmanları Assosiasiyasının Direktorlar Şurasının 23-cü iclasında iştirak etmişdir.

2023-cü ilin sentyabr ayında Pakistanın planlaşdırma inkişafı və xüsusi təşəbbüslər üzrə federal naziri Məhəmməd Sami Səid Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak etmişdir.

21 sentyabr 2023-cü ildə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu ilə Pakistan XİN-in tərkibində fəaliyyət göstərən İslamabad Strateji Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalanmışdır.

9 oktyabr 2023-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Pakistanın Riphah Beynəlxalq Universitetinin təşkilatçılığı ilə Bakıda Tibb Təhsili üzrə 8-ci Beynəlxalq Konfrans keçirilmişdir.

2023-cü ilin oktyabr ayında Pakistanın Milli Elm və Texnologiya Universiteti (NUST) ilə ADA və Azərbaycan Texniki Universitetləri (AzTU) arasında anlaşma memorandumları imzalanmışdır.

2023-cü ilin oktyabr ayında ADA Universiteti ilə Pakistanın Xarici Xidmət Akademiyası arasında anlaşma memorandumu imzalanmışdır.

2023-cü ilin oktyabr ayında Pakistanın Lahor Dövlət Kollec Universitetində (Government College University Lahore) Azərbaycan-Urdu Araşdırma Mərkəzinin yeni otağının açılışı olmuşdur.

29 noyabr 2023-cü ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Pakistanın Xarici Əlaqələr Şurası arasında anlaşma memorandumu imzalanmışdır.

2023-cü ilin dekabr ayında Səfirlik tərəfindən Pakistanın Milli Elm və Texnologiya Universitetində (NUST)  Heydər Əliyev adına auditoriya açılmışdır.

 

 

Müqavilə-hüquq bazası:

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikasi arasında 53 sənəd imzalanmş, 13 sənəd isə baxılmaqdadır.

 

Arxiv üzrə axtarış