Heydər Əliyev Fondunun humanitar aksiyası Pakistan mediasında geniş işıqlandırlıb
İyunun 3-də İslamabad şəhərinin Al-Farabi uşaqlar evində Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş humanitar aksiya Pakistan mediasında geniş işıqlandırlıb.
Gün.Az-a ölkəmizin Pakistandakı səfirliyindən verilən məlumata görə, ingilis və urdu dilli “Pakistan Observer”, “The News”, “National Herald Tribune”, “Diplomatic Star” “DNA”, “Centreline”, “Pakistan in the World”, “Daily Jinna”, “Daily Sama” qəzet, jurnal və informasiya agentlikləri tərəfindən tədbir haqqında məqalələr dərc edilib.
Bildirilib ki, Əl-Farabi uşaqlar evində təşkil olunmuş tədbirdə çıxış edən Pakistan hökuməti Xüsusi Təhsil departamentinin rəisi Laiq Məhəmməd Yusifzay Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya fiziki qüsurlu uşaqlara etdiyi yardıma görə minnətdarlığını bildirib, bunun Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirib.
Məqalələrdə, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun çıxışı barəsində yazılaraq, diplomatın xalqlarımız arasında olan sarsılmaz dostluq münasibətlər barəsində danışdığı, Heydər Əliyev Fondu haqqında məlumat verdiyi qeyd olunub.
Vurğulanıb ki, D. Şikarov öz çıxışında, Fondun prezidenti Mehriban Əliyevanın Pakistanın Hilal-e-Pakistan ordeni ilə təltif olunmasını yüksək qiymətləndirərək, bunun Azərbaycanın birinci xanımının Pakistanda həyata keçirdiyi layihələrə yüksək qiymət verilməsi ilə yanaşı, bütün Azərbaycan xalqına hörmət əlaməti kimi dəyərləndirib.
Pakistan mediasında, eyni zamanda, mərasimdə Al-Farabi-nin direktoru Məhəmməd Şabbir və Azərbaycan-Pakistan Gənclər Forumun prezidenti Məhəmməd Asif Nurun da nitqlə çıxış etdikləri vurğulanıb.
Pərvanə Sultanova
Gün.Az
http://gun.az/xeber-heyder-eliyev-fondunun-humanitar-aksiyasi-pakistan-mediasinda-genis-isiqlandirlib-t171007.html