2016-04-27

26-27 aprel 2016-cı ildə İslamabadda Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının 6-cı iclası keçirilmişdir.

26-27 aprel 2016-cı il tarixlərində İslamabad şəhərində, Marriott mehmanxanasında Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının 6-cı iclası keçirilmişdir. Azərbaycan tərəfdən müdafiə sənayesi, rabitə və yüksək texnologiya, xarici işlər, iqtisadiyyat, mədəniyyət və turizm, təhsil,kənd təsərrüfatı, təhsil nazirliklərinin, habelə Dövlət Neft Şirkəti və Mərkəzi Bankın nümayəndələrindən təşkil olunan nümayəndə heyətinə AR Müdafiə sənayesi naziri, birgə komissiyanın həmsədri cənab Yavər Camalov rəhbərlik etmişdir.

Pakistan tərəfdən neft və təbii ehtiyatlar, xarici işlər, maliyyə, elm və texnologiya, müdafiə istehsalı, ticarət, mədəniyyə nazirliklərinin, Nazirlər Kabinetinin sahələr üzrə məsul şəxslərinin daxil olduğu birgə komissiyanın Pakistan tərəfdən həmsədri Pakistan İR Neft və təbii ehtiyatlar naziri cənab Şahid Xakan Abbasi olmuşdur.

Komissiyanın 6-cı iclası çərçicəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Y. Camalov Pakistanın baş naziri cənab Navaz Şərif və prezidenti Məmnun Hüseyn tərəfindən qəbul edilmişdir.

İclasda sahələr üzrə müzakirələr aparılmış, hər iki tərəfdən sahələrin nümayəndələri iclas protokolunun müvafiq müddəaları barədə razılığa gəlmiş, proqrama uyğun olaraq 27 aprel 2016-cı il tarixində iclas protokolu həmsədrlər tərəfindən imzalanmışdır.

Protokolda Azərbaycan-Pakistan ikitərəfli iqtisadi, elmi-mədəni, turizm, kommunikasiya əlaqələrinə dair bir sıra müddəalar öz əksini tapmışdır.

Arxiv üzrə axtarış