Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikası Baş nazirinin xarici işlər üzrə xüsusi köməkçisi Tariq Fatimi ilə görüşüb.
Pakistan Xarici İşlər Nazirliyində keçirilmiş görüşdə Tariq Fatimi səfiri Pakistana təytinatı münasibətilə təbrik edərək, Pakistanın Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini bildirib. Tariq Fatimi dünyanın ən qədim ölkələrindən olan Azərbaycanla Pakistanın tarixdən gələn mədəniyyət, din, ticarət və digər birləşdirici dəyər və oxşarlıqlara yiyələndiyini, bu gün də bu ünsürlərin əlaqələrdə mühüm rol oynadığını, hər iki ölkənin bir birinə dəstəyini əsirgəmədiyini qeyd edib. Pakistan Prezidentinin 2015-ci ildə Azərbaycana həyata keçirilmiş səfərini xatırladaraq, bu kimi səfərlərin ikitirəfli əlaqələrin inkişafı üçün bir təkan olduğunu vurğulayıb. Pakistan Hökümətinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə hazır oldğunu bildirərək səfirə fəaliyətində uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə iki qardaş ölkənin istər ikitərəfli, istərsə də beynəlxalq platformalarda bir birlərinə daim dəstək verdiyini, siyasi münasibətlərlə yanaşı iqtisadi, mədəni, hərbi-texniki, enerji, elmi və digər sahələrdə də mövcud olan əlaqələrin daha da artırılması, inkişaf etdirilməsi üçün özünün və səfirliyin səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə həmçinin, müqavilə-hüquq bazasının artırılması haqqında işlərin davam etdirilməsinə dair müzakirələr aparılıb.