2016-10-15

Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana rəsmi səfəri başa çatıb

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 15-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.

Arxiv üzrə axtarış