Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə, Pakistan-Azərbaycan Birgə Hökümətlərarası Komissiyanın həmsədri, Pakistanın Neft və Təbii Ehtiyatlar naziri Şahid Xaqan Abbasi ilə görüşmüşdür.
Görüşdə, Azərbaycanla Pakistan arasında münasibətlərinin daha da inkişafından, otən ilin sonunda Pakistan Baş nazirinin Azərbaycana həyata keçirdiyi uğurlu səfərindən məmnunluq ifadə olunmuşdur.
Səfir Əli Əlizadə digər sahələrlə yanaşı iqtisadi və ticari əlaqələrin daha da artırılması istiqamətində də işlərin davam etdirildiyini, ölkə rəhbərliyinin tapşırıqları əsasında yaxın aylarda Azərbaycandan Pakistana iqtisadi heyətin səfər etməsinin nəzərdə tutulduğunu bildirmişdir.
Görüşdə həmçinin enerji və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, müqavilə-hüquq bazasının artırılması, iki ölkə arasındakı ticarət dövriyyəsinin daha da yüksəlməsinə səylərin göstərilməsi, birgə hökümətlərarası komissiyanın iclaslarının nəticələrindən irəli gələn məsələlərin icrası, qarşılıqlı səfərlərin həyata keçirilməsi istiqamətində də müzakirələr aparılmışdır.
Ş.X.Abbasi Pakistanın Azərbaycanla əlaqələrin daha da inkişafında maraqlı olduğunu və bu istiqamətdə Birgə Hökümətlərarası Komissiyasının da öz səylərini daha da artırdığını vurğulamışdır .