2017-02-03

Pakistan Milli Assambleyasının xarici əlaqələr üzrə daimi komitəsi Xocalı soyqırımı haqqında qətnamə qəbul edib

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyinin məlumatına görə, 2 fevral 2017-ci il tarixində Pakistan İslam Respublikasının Milli Assambleyasının xarici əlaqər üzrə daimi komitəsi 32-ci iclasında Azərbaycan Respublikası hökuməti və xalqı ilə həmrəylik nümayiş etdirərək qətnamə qəbul edib. 

Qətnamədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və 1992-ci ilin 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırım pislənilir.

Xarici əlaqələr üzrə daimi komitə bir daha Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində təsdiqləyir. Komitə həmçinin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi qətnamələrin icra olunmasını tələb edir və beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları Ermənistanı bu qərarların icrasına vadar etməyə çağırır.

Qətnamənin qeyri-rəsmi tərcüməsi

Arxiv üzrə axtarış