2017-02-14

Azərbaycan ixrac missiyası Pakistandadır

Azərbaycan ixrac missiyası Pakistandadır.

İxrac missiyası səfərin ilk günü İslamabadda Pakistanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ixracın stimullaşdırılması tədbirləri, Azərbaycanda biznes və investisiya mühiti, ixracyönümlü və rəqabətqabiliyyətli Azərbaycan məhsulları barədə məlumat verilib. 70-dən çox Pakistan şirkətinin iştirak etdiyi görüşdə Azərbaycan və Pakistan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, Pakistana ixrac imkanlarına dair müzakirələr aparılıb.

Pakistanın Ravalpindi şəhərində isə Azərbaycan şirkətlərinin nümayəndələri 40-dan çox Pakistan şirkətinin təmsilçilərinə Azərbaycanın rəqabətqabiliyyətli məhsulları barədə məlumat verib, müzakirələr aparılıb.

İxrac missiyasına Azərbaycanda meyvə-tərəvəz, meyvə şirələri, təbii mineral sular, şəkər və qənnadı məmulatları, mebel və digər sənaye məhsulları istehsalı sahəsində fəaliyyət göstərən 16 şirkətin nümayəndəsi daxildir.

İxrac missiyası bu gün Pakistanın Lahor şəhərində olacaq, Pakistan şirkətləri ilə Azərbaycan məhsullarının bu ölkəyə ixracının genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Arxiv üzrə axtarış