Pakistan XİN tərəfindən verilən rəsmi açıqlama
21 fevral 2017-ci il tarixində Pakistan XİN tərəfindən verilən rəsmi açıqlamada işğal olunmuş Azərbaycan ərazilərində keçirilmiş qondarma “referendum”a Pakistan hökumətinin heç bir müşahidəçi göndərmədiyi vurğulanmış, həmçinin Dağlıq-Qarabağ münaqişəsində Azərbaycana olan dəstək bir daha təkrarlanmışdır. Açıqlamada həmçinin, Pakistanın mövqeyinin – BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq – Ermənistan qoşunlarının Azərbaycan ərazilərini tərk etməsinin və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının zəruriliyi, eyni zamanda, Pakistanın İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Təmas Qrupuna üzv olduğu da öz əksini tapmışdır.