2020-03-31

İşğal olunmuş ərazilərimizdə keçirilməsi planlaşdırılan qondarma “seçkilər” Pakistanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri tərəfindən pislənilmişdir

31 mart 2020-ci il tarixində Azərbaycanın işğal olunmuş ərazilərində keçirilməsi planlaşdırılan qondarma “prezident” və “parlament” seçkiləri ilə bağlı Pakistanın İnsan Hüquqları üzrə Milli Komissiyasının (National Commission for Human Rights) sədri Əli Nəvaz Çohan bəyanat vermişdir. Beynəlxalq Ədalət Məhkəməsinin sabiq hakimi və tanınmış hüquqşünas olan Ə.N.Çohanın verdiyi bəyanatda Dağlıq Qarabağ bölgəsi işğal altında olduğundan, burada “seçkilər”in keçirilməsinin qeyri-qanuni, beynəlxalq norma və prinsiplərə zidd olduğu bildirilir və “seçkilər”in keçirilməsi qəti şəkildə qınanılır. Bəyanatın tam mətnini diqqətinizə təqdim edirik:                  

“Mən 31 mart 2020-ci il tarixində Ermənistanın işğal etdiyi Azərbaycana məxsus Dağlıq Qarabağ ərazisində formalaşdırdığı qeyri-qanuni rejim tərəfindən keçirilməsi planlaşdırılan qondarma “parlament” və “prezident” seçkilərini qəti şəkildə pisləyirəm və Azərbaycana verdikləri dəstəkdə öz hökumətimə və BMT-yə qoşuluram. Həmçinin, Xocalı şəhərində Azərbaycanın mülki əhalisinə qarşı Ermənistan tərəfindən törədilmiş soyqırımını da bir daha qınayıram. Ermənistan törətdiyi təcavüzə və Soyqırımına görə cavab verməli olacaqdır.”

Qeyd edək ki, sözügedən bəyanat Pakistanın Dispatch News Desk, Diplomatic News Agency xəbər agentlikləri, həmçinin Islamabad Post qəzeti və digər KİV-ləri tərəfindən yayılmışdır.

https://dnd.com.pk/parliamentary-and-presidential-elections-in-occupied-nagorno-karabakh-are-illegal-says-chairman-nchr/185219

http://www.dnanews.com.pk/elections-occupied-nagorno-karabakh-illegal/

https://islamabadpost.com.pk/armenia/

 

Arxiv üzrə axtarış