2020-07-29

Pakistan Milli Assambleyasında Pakistan-Azərbaycan Parlament Dostluq Qrupunun üzvləri və həmsədri (koordinatoru) Ermənistanın Azərbaycana qarşı son təxribat hücumunu qətiyyətlə pisləmişlər.

PAKISTAN MİLLİ ASSAMBLEYASI

24 iyul, 2020

Pakistan bu çətin qlobal pandemiya dövründə də, erməni təcavüzünə məruz qalan qardaş Azərbaycan xalqının yanındadır.  

Pakistan-Azərbaycan Parlament Dostluq Qrupunun üzvləri adından və qrupun həmsədri (koordinatoru) olaraq, Ermənistanın Azərbaycan silahlı qüvvələrinə qarşı son təxribat hücumunu qətiyyətlə pisləyirəm. Biz – Pakistan xalqı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsində onunla həmrəyik. Ermənistan-Azərbaycan sərhədi boyunca erməni silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozularaq, Azərbaycan silahlı qüvvələrinin və mülki şəxslərin hədəfə alınmasını pisləyirik.

Biz hər zaman Dağlıq Qarabağın Ermənistan tərəfindən qanunsuz işğalına qarşı Azərbaycana olan dəstəyimizi davam etdirmişik. Dağlıq Qarabağ münaqişəsi regional sülh və təhlükəsizlik üçün ciddi təhdiddir və münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməlidir.

İmza

(Murtaza Caved Abbasi)

həmsədr - koordinator

 Pakistan-Azərbaycan

Parlament Dostluq Qrupu

 

Z.A. Əli Əlizadə,

Azərbaycan Respublikasının Pakistandakı səfiri

İslamabad.

Arxiv üzrə axtarış