Pakistan Senatında müxalifət partiyasından olan senatorlar qrupunun rəhbəri Ermənistanın Azərbaycana qarşı son hücumu ilə bağlı dəstək məktubu ünvanlayıb.
Qeyri-rəsmi tərcümə
Müxalifət lideri
Pakistan Senatı
Parlament Evi İslamabad
30 Sentyabr 2020
Zati-aliləri və əziz qardaş,
Azərbaycan rəhbərliyinin səylərinə baxmayaraq Dağlıq Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurası tərəfindən həll edilməməsi ciddi narahatlıq doğurur. Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı tamamilə qanunsuz və hüquqa ziddir. Mövcud münaqişə Təhlükəsizlik Şurasının etinasızlığının və dünya ictimai rəyinin uzlaşmazlığının nəticəsidir.
Pakistan xalqı bu mövzuda Azərbaycanın mövqeyini bütünlüklə və tamamilə dəstəkləyir.
Zati-alilərinə ən yüksək hörmət və ehtiramımı bildirirəm.
Hörmətlə,
İmza
Senator
Raca Məhəmməd Zəfər-ül-Haq
Müxalifət lideri
Pakistan Senatı
Sədr (PML)
Baş katib (WMC)
Zati-aliləri cənab Əli Əlizadə
Azərbaycan Respublikasının səfiri