2020-10-26

İslamabadın ən böyük alış-veriş mərkəzi olan “Centaurus Mall”- da “Ermənistan mülki əhalini qətlə yetirir. Erməni terroruna son” adlı aksiya keçirilib

Ermənistanın Azərbaycana qarşı təcavüzü  və mülki əhaliyə qarşı məqsədli raket hücumları nəticəsində  Azərbaycanın Gəncə, Mingəçevir və digər yaşayış məskənlərində həlak olmuş həmvətənlərimizin əziz xatirəsini anmaq və erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə İslamabadın ən böyük alış-veriş mərkəzi olan “Centaurus Mall”-da keçirilən aksiyada Erməni terrorunu özündə əks etdirən posterlərin, şəkillərin və şuarların yer aldığı güşənin nümayişinə başlanıb.

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin təşəbbüsü ilə baş tutan bu aksiyada Ermənistanın xain iç üzünün, əliyalın, evlərində xəbərsiz yatmış mülki əhalinin, uşaqların raket hücümlarına məruz qoyaraq qətlə yetirməsinin və bu qəddar hücümların fəsadlarının geniş Pakistan ictimaiyyətinə çatdırılması nəzərdə tutulub. Orta hesabla gündəlik 35 min ziyarətçisi olan bu ticarət mərkəzində quraşdırılmış böyük ekranda isə Gəncə və digər şəhərlərimizin dinc əhalisinə qarşı həyata keçirilmiş çoxsaylı raket hücümlarının fəsadlarının video nümayişi də gün ərzində keçirilib.

Pakistanın müəyyən rəsmi şəxsləri, Azərbaycan Respublikasının Pakistandakı səfiri və səfirliyin kollektivi, Pakistan ictimaiyyətinin və KİV-lərinin nümayəndələri, eləcə də bu şəhərdə yaşayan azərbaycanlılar və minlərlə pakistanlı guşəni ziyarət edərək onun qarşısına güllər və oyuncaqları qoyaraq həlak olanların xatirəsinə öz ehtiramlarını ifadə ediblər.

Güşənin ziyarətçisi olan minlərlə paytaxt sakini dinc əhaliyə qarşı Ermənistanın bu qəddar əməllərindən heyrətlərini bildirib və insanlığa qarşı olan bu hərbi cinayəti qəti qınayıblar. Ziyarətçilərin çoxsaylı təklifləri, sualları və Azərbaycanla həmrəylik bildirən fikirləri səfirlik  əməkdaşları tərəfindən gün ərzində dinlənilib və cavablandırılıb.

Arxiv üzrə axtarış