2020-10-29

Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Azərbaycanın mülki əhalisinə hücumlarını qəti pisləyən qətnamə qəbul edib

28 oktyabr 2020-ci il tarixdə, Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti pisləyən qətnamə qəbul edib. Qətnamə millət vəkili, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim olunub və yekdilliklə təsdiqlənərək qəbul edilib.

2012-ci il fevral ayının 1-də Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ilin fevral ayının 2-də  isə Pakistan Milli Assambleyasının Xarici İşlər üzrə Daimi Komitəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etmişdir.

Hazırkı qətnamə isə bütövlükdə Pakistan Milli Assambleyasının mövqeyini əks etdirir.

Arxiv üzrə axtarış